Əsas səhifə » İranın İsrailə qarşı etdiyi hücum nəticəsində ölənlərin sayı artıb

İranın İsrailə qarşı etdiyi hücum nəticəsində ölənlərin sayı artıb

BAKI, AzerVoice

İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumu nəticəsində ölənlərin sayı artıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin mərkəzində yerləşən Bat Yam şəhər bələdiyyəsinin verdiyi açıqlamada deyilir.

Bildirilib ki, hücum nəticəsində dağılan binada ukraynalı bir qadının cəsədi tapılıb. Bununla da hücumda həlak olanların sayı 9-a yüksəlib.

“Bat Yam bələdiyyəsi dərin hüznlə bildirir ki, şəhərdə raketlə vurulan ərazidə bu dəqiqələrdə bir cəsəd aşkarlanıb. Bu cəsəd partlayış nəticəsində həyatını itirən 31 yaşlı Marina Peşkarovaya aiddir” - deyə, açıqlamada qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice