Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:45-də yayılıb)
BAKI, AzerVoice
İran Təl-Əviv və Hayfa şəhərlərindəki hərbi və müdafiə sənayesi obyektlərini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurub.
AzerVoice xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama verib.
“Hayfa və Təl-Əvivdəki hərbi sənaye obyektlərinə qarşı raket və dronlarla yeni hücum dalğası başlayıb. Raket zərbələrinin sayı artmaqda davam edir” - deyə. açıqlamada bildirilib.
İran tərəfi, həmçinin qeyd edib ki, hücumlar zamanı 100-dən çox müxtəlif tipli pilotsuz uçuş aparatı istifadə olunub. SEPAH bu əməliyyatların İsrailin hərbi infrastrukturuna ciddi zərbə vurduğunu iddia edir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.