Əsas səhifə » Ərdoğan və Merz İsrail-İran gərginliyini müzakirə edib

Ərdoğan və Merz İsrail-İran gərginliyini müzakirə edib

BAKI, AzerVoice

Ərdoğan və Merz regional gərginliyi müzakirə edib.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın yeni kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.

Tərəflər İsrail və İran arasında artan gərginliyi, ikitərəfli əlaqələri və regional prosesləri müzakirə ediblər.

Danışıqlarda bölgədə sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb. Prezident Ərdoğan münaqişənin böyüməsinin qarşısını almaq üçün diplomatik səylərin artırılmasının zəruriliyini bildirib.

Qeyd edək ki, Fridrix Merz bu yaxınlarda Almaniya kansleri vəzifəsinə gəlib və bu, onun Türkiyə Prezidenti ilə ilk rəsmi telefon danışığı olub.

Xatırladaq ki, 13 iyun tarixində İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək rütbəli komandanlığına qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və bir neçə yüksək vəzifəli zabit, həmçinin doqquz nüvə alimi həyatını itirib.

İran Səhiyyə Nazirliyinin 15 iyun tarixli məlumatına əsasən, İsrailin hava zərbələri nəticəsində 224 mülki şəxs həlak olub, 1277-dən çox insan isə yaralanıb.

İranın cavab zərbəsi zamanı İsrail ərazisinə balistik raketlərlə hücum təşkil edilib. İran mediasının məlumatına görə, bu hücum nəticəsində İsraildə 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice