Əsas səhifə » Prezidentin Naxçıvandakı nümayəndəliyinə dair qanunvercilik MR Konstitusiyasına daxil edilir

Prezidentin Naxçıvandakı nümayəndəliyinə dair qanunvercilik MR Konstitusiyasına daxil edilir

BAKI, AzerVoice

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə dair qanunvericilik Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapacaq.

AzerVoice xəbər verir ki, bu məsələ "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən icra orqanıdır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Digər Kateqoriyalar

2025 © Azervoice