11
BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda yerləşən Hula bölgəsinə növbəti dəfə hava hücumu həyata keçirib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində “Hizbullah”ın bölgədəki fəaliyyətlərində iştirak edən şəxs öldürülüb.
Qeyd edək ki, İsrail tərəfi son günlərdə Livan ərazisindən ölkəyə raket və dron hücumlarının artdığını əsas gətirərək, sərhəd yaxınlığındakı “Hizbullah” mövqelərinə qarşı hava əməliyyatlarını intensivləşdirib.