Əsas səhifə » İran İsraillilərə Təl-Əviv və Hayfanı tərk etmək barədə xəbərdarlıq edib

İran İsraillilərə Təl-Əviv və Hayfanı tərk etmək barədə xəbərdarlıq edib

İran Silhalı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi


BAKI, AzerVoice

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi israillilərə Tel-Əviv və Hayfanı tərk etmələri barədə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, bu barədə Al Alam telekanalı məlumat yayıb.

“İşğal olunmuş ərazilərin sakinləri, xüsusilə Tel-Əviv və Hayfa şəhərlərində yaşayanlar, həyatlarını xilas etmək üçün bu bölgələri tərk etməlidirlər” - deyə, Musəvi bildirib.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice