Əsas səhifə » İran İsrailin hərbi hava bazalarına zərbələr endirib

İran İsrailin hərbi hava bazalarına zərbələr endirib

BAKI, AzerVoice

İran Silahlı Qüvvələri İsrail ərazisində yerləşən bir neçə hərbi hava bazasına zərbələr endirib.

AzerVoice xəbər verir ki, bu barədə İran KİV İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

“Yeni genişmiqyaslı raket əməliyyatının hədəfi, ölkəmizə qarşı hücumlarda istifadə edilən sionist rejimin (yəni İsrailin – red.) hərbi təyyarələrinin havaya qalxdığı baza və məntəqələr olub” - deyə, SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice