BAKI, AzerVoice
İran Silahlı Qüvvələri İsrail ərazisinə qarşı yeni bir ballistik raket dalğası buraxıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, raket buraxılışları İran Silahlı Qüvvələrinin elit birləşməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.