BAKI, AzerVoice
Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər və Türk Silahlı Qüvvələri Komandanlıq heyəti, İran ərazisindəki hərbi birliklərdə yoxlama və nəzarət işləri aparmaq üçün Van’a getdi.
AzerVoice xəbər verir ki,İran və İsrail arasında qarşılıqlı hücumlar davam edir. Qarşıdurmalar 6-cı gününə qədəm qoyub. İran gecə saatlarında İsrailin paytaxtı Təl-Əvivə hücum edib.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Müctəba Xalidi İsrailin 21 əyalətə hücum etdiyini və təxminən min nəfərin müvəqqəti sığınacaqlara aparıldığını bildirib.
Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.
İrandakı hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.