9
BAKI, AzerVoice
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 75 mindən çox insanın Həcc qaydalarını pozduğuna görə geri göndərildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin direktoru general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Bassami, yaşayış icazəsi olan, lakin Həcc sənədi olmayan təxminən 270 min insanın Məkkəyə buraxılmadığını, 75 min 943 nəfərin isə Həcc qaydalarını pozduğu üçün geri göndərildiyini bildirib.
Bassami həmçinin bildirib ki, 252 saxta həcc təşkilatı, min 239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkarlanıb.