Əsas səhifə » İsrailin Ben Qurion hava limanında uçuşlar dayandırılıb

İsrailin Ben Qurion hava limanında uçuşlar dayandırılıb

BAKI, AzerVoice

İsrailin paytaxtı Təl-Əvivdə yerləşən Ben Qurion Beynəlxalq Hava Limanında Yəməndəki Husilər tərəfindən atılan ballistik raket səbəbilə uçuşlar dayandırılıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata əsasən, İsrail Ordusu, Yəməndən atılan raketə görə ölkənin bir çox şəhərlərində hava həyəcan siqnallarının səsləndiyini açıqlayıb. Raket atışından sonra Qüds, İordan çayının qərb sahili və Lut gölü ətrafındakı bölgələrdə sirenlər işə düşüb.

Ordu, raketin qarşısını almaq üçün hava müdafiə sistemlərinin hərəkətə keçirildiyini, və raketin havada vurularaq zərərsizləşdirildiyini bildirib.

Lakin təhlükəsizlik tədbiri olaraq Ben Qurion hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Raket hücumunun Yəməndəki Husilər tərəfindən həyata keçirildiyi vurğulanır.

Digər Kateqoriyalar

2025 © Azervoice