Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Səudiyyə Ərəbistanı

    Səudiyyə BMT-nin toplantısında Fələstin ilə bağlı mövqeyini vurğulayıb

    25 May 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Səudiyyə Ərəbistanı, müstəqil Fələstin dövlətinin yaradılmasının bölgədə sülh və sabitlik üçün yeganə yol olduğunu bir daha vurğulayıb.

    AzerVoice xəbər verir ki, bu mövqe, BMT-nin Nyu-Yorkdakı qərargahında, Səudiyyə Ərəbistanı ilə Fransanın birgə rəhbərliyi ilə keçirilən, Fələstin məsələsinin sülh yolu ilə həll olunması məqsədi daşıyan yüksək səviyyəli beynəlxalq konfransa hazırlıq toplantısında səsləndirilib.

    Toplantıda Səudiyyə Ərəbistanının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin müşaviri Manal Həsən Rıdvan, Fransa tərəfinə isə prezident müşaviri Ann Kler Loyandr rəhbərlik edib.

    Manal Rıdvan açılış nitqində bildirib ki, Səudiyyə Ərəbistanı və Fransa bu konfransın bölgədə ədalətli və davamlı sülhə aparan tarixi dönüş nöqtəsi olmasını istəyir. O, Qəzzada işğalın sona çatmasının və Fələstin dövlətinin qurulmasının bölgədə təhlükəsizlik və sabitlik üçün yeganə yol olduğunu vurğulayıb.

    O, həmçinin qeyd edib ki, müharibənin dayandırılması, girovların və əsirlərin azad edilməsi və hərtərəfli təhlükəsizliyin təmin olunması yalnız münaqişənin köklərini hədəfləyən etibarlı siyasi plan vasitəsilə mümkündür.

    Manal Rıdvan, Fələstin rəhbərliyinin həyata keçirdiyi islahatları müsbət qiymətləndirib və beynəlxalq ictimaiyyətin yeni Fələstin hökumətinə dəstəyinin vacibliyini vurğulayıb. O, həmçinin Səudiyyə Ərəbistanının Ərəb Sülh Təşəbbüsünə sadiqliyini və Avropa İttifaqı (Aİ) və Norveç ilə birlikdə “İki Dövlətli Həllin Həyata Keçirilməsi üçün Qlobal Koalisiyanın” əsas təşəbbüskarlarından biri olduğunu bir daha xatırladıb.

    Toplantıda konfrans çərçivəsində formalaşdırılmış 8 işçi qrupuna rəhbərlik edən 19 ölkə və beynəlxalq təşkilat öz hesabatlarını təqdim edib. BMT-nin Siyasi və Sülh Quruculuğu məsələləri üzrə baş katib müavini Rozmari DiKarlo da tədbirdə iştirak edib.

    Toplantıda iştirak edən dövlətlər, Səudiyyə Ərəbistanı və Fransanın təşəbbüsünü və işçi qrupların fəaliyyətini yüksək qiymətləndirərək, iyunun 17-dən 20-dək keçirilməsi planlaşdırılan beynəlxalq konfransın uğurla baş tutması üçün konkret təklif və təşəbbüslərlə iştirak edəcəklərini bildiriblər.

    #Fələstin #Qəzza zolağı #BMT #Səudiyyə Ərəbistanı #Manal Həsən Rıdvan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    17 Fevral 2026 17:05

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    16 Fevral 2026 15:24

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    13 Fevral 2026 15:54
    XƏBƏR LENTİ

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.