Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Post-İran dövrü və ya Tehranın nüfüzunun azalması - Yaxın Şərqdə sülhə açılan qapı

    7 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    24 iyun tarixində dünya Yaxın Şərqdə fərqli bir mənzərə ilə oyandı. Qəzza zolağı istisna olmaqla, atəşkəs İranın proksi qüvvələri tərəfindən 7 oktyabr 2023-cü ildə alovlandırılmış, sonradan isə Tehranın birbaşa iştirakına səbəb olan regional münaqişə demək olar ki, son mərhələsinə çatırdı.

    Bu münaqişə İran və onun proksiləri, həmçinin dolayı yolla onun hərbi müttəfiqi olan Rusiya üçün sarsıdıcı bir məğlubiyyətlə nəticələndi.

    Birləşmiş Ştatlar bu münaqişədə, əvvəlki qarşıdurmalarda olduğu kimi, əsas rol oynayıb, bubəzən uğurlu, bəzən məhdud nəticələrlə olub. Lakin müharibədən sonrakı mərhələdə bu rol dəyişə bilər – bu, prezident Trampın regiona marağını itirməsi ilə deyil, əksinə, ABŞ-ın nələr edə biləcəyinə və nələrdən çəkinməli olduğuna dair realist baxışı ilə əlaqəlidir. Bu çəkinmə, Trampın siyasi bazasında güclü təmsil olunan izolasionist dairələr fonunda önəm daşıyır. Bununla belə, bu kəsim – sonuncu İran zərbəsində olduğu kimi – ABŞ-ın qısamüddətli, aşağı maliyyətli və amerikalı vətəndaşların maraqlarına uyğun olan öhdəliklərə razı salına bilər.

    Buna görə də, bölgə dövlətləri Trampın 2017-ci ilin may ayında Ər-Riyadda səsləndirdiyi Yaxın Şərq siyasətinin ümumi çərçivəsini ciddi şəkildə nəzərə almalıdır. ABŞ bundan sonra özünü “son sığınacaq” rolu ilə məhdudlaşdıracaq – yalnız ən son mərhələdə və alternativ olmadıqda təhlükəsizlik zəmanəti verəcək.
    İranda Fordo nüvə obyektinin bombalanması bu cür həlledici müdaxiləyə bariz nümunədir. Tramp çıxışında həmçinin bölgənin böhranlarını öz imkanları ilə idarə etməyə qadir olduğuna inamını ifadə etmişdi.

    Bu, bölgədəki iki əsas tərəf – ABŞ və regional ölkələr (o cümlədən Türkiyə) – arasında ideal bir rol bölgüsünə işarə edir. İsrailin isə özünəməxsus statusu var. ABŞ-İsrail koordinasiyalı təhlükəsizlik çətiri əsasən İranın yaratdığı birbaşa strateji təhdidlərə fokuslanacaq. Qəzza, Livan, İraq, Suriya və Yəməndəki İran proksi qüvvələri ilə mübarizə isə regional ölkələrin öhdəsinə düşməlidir. Bu, Suriyaya münasibətdə son dövrlərdə tətbiq olunan siyasətdəki kimi, rəsmi olmayan ittifaq çərçivəsində həyata keçirilməlidir.

    Bu bölgü iki əsas səbəbdən məntiqlidir: Birincisi, bu proksiləri ərazisində yerləşdirən ərəb ölkələri və Türkiyə, İranın təsirini azaltmaqda ən böyük marağa malikdir. İkincisi, bu regional güclər yerli reallıqları dərindən anlayır, uzunmüddətli vizyona malikdir – bu isə ABŞ-da yoxdur.

    Bu məqalədə İran proksi güclərinin təsirini azaltmaq və qeyri-qanuni İran hegemonluğunu zəiflətmək məqsədilə regional iştirak üçün “fəaliyyət planı” təqdim olunur. Burada ABŞ-ın bilavasitə müdaxiləsinin zəruri olduğu sahələr müəyyənləşdirilir. Digər beynəlxalq tərəflərin rolu isə nisbətən məhduddur. Avropa İttifaqı və Böyük Britaniya adətən ABŞ-ın hədəflərini dəstəkləyir, lakin onların regional təhlükəsizliyə real töhfəsi, maliyyə dəstəyi xaricində, hələ də zəifdir. Çin və Rusiya isə 20 ay davam edən bu kampaniyada demək olar ki, yox idilər – onlar yalnız BMT Təhlükəsizlik Şurasında bəzi məhdud rolları öz üzərinə götürdülər.

    Qəzza

    Birləşmiş Ərəb Əmirlikləri və Misir Qəzzada “növbəti gün” mərhələsi üçün planlar təqdim ediblər. Bu planlarda Fələstin Muxtariyyəti, regional tərəfdaşlar və beynəlxalq aktorların ortaq rolu nəzərdə tutulur. Bu çərçivələr ümidverici görünsə də, əsas şərt HƏMASın siyasi hakimiyyətdən çəkilməsi və gücün yalnız başqa bir fələstinli, ümumərəb və ya ortaq quruma verilməsidir. Bu şərtin həyata keçirilməsi çətin olsa da, qeyri-mümkün deyil. Xüsusilə də İsrail, Hizbullahın Livanda olduğu kimi, HƏMASın yenidən silahlanmasına imkan verilməyəcəyində israrlıdır.

    Ərəb ölkələri arasında Ramallah rəhbərliyinin Qəzzada rol almasına dair fikir ayrılıqları mövcuddur. Lakin sonda bölgə, Ramallahın təklif edə biləcəkləri ilə işləməyə məcbur qalacaq.

    Burada ABŞ-ın rolu həlledicidir. ABŞ, İsrail hökumətini Qəzzada HƏMASın qalıqlarına qarşı davam edən və mülki əhalini ağır itkilərə məruz qoyan müharibəni dayandırmağa razı sala biləcək yeganə qüvvədir. Prezident Trampın İrana qarşı həyata keçirdiyi zərbə, ona bu mövzuda israillilərə qarşı təzyiq imkanı qazandırmışdır.

    Suriya

    Türkiyə ilə müttəfiq olan aparıcı ərəb ölkələri Suriyada önəmli rol oynayır. İranın açıq təsiri nəzərəçarpacaq dərəcədə azalıb, lakin Tehran hələ də bir çox suriyalı tərəflərlə gizli əlaqələrə malikdir və təsirini bərpa etmək istəyir. Digər tərəfdən, indiki Suriya hakimiyyəti indi Tehrana qarşı açıq düşmənçilik göstərir.

    Suriya 14 illik müharibədən sonra zəif düşmüş dövlət strukturuna malikdir. Əhalisinin yarısı məcburi köçkün olub, yüz minlərlə insan həlak olub, iqtisadiyyat tam çökmüş vəziyyətdədir. Hökumətin nəzarətindən kənarda silahlı qruplar var – şimal, şimal-şərq, qərb və cənubda. İŞİDin də bəzi hücrələri hələ də aktivdir.

    Region dövlətlərinin ilk vəzifəsi iqtisadi dəstək verməkdir. Trampın Suriyaya qarşı ABŞ sanksiyalarını ləğv etməsi bu istiqamətdə mühüm addım olub. İkinci vəzifə isə vahid regional mövqenin qorunmasıdır. 2018-ci ildən bəri ərəb ölkələri arasında Suriya siyasətində fikir ayrılıqları mövcud olub, bu da ortaq strategiyanı zəiflətdi. 2023-cü ildə Əsədin ərəb liqasına qayıdışında heç bir islahat verməməsi bu parçalanmanı daha da kəskinləşdirdi.

    Hazırda ərəb ölkələri və Türkiyə arasında yalnız Dəməşq ilə deyil, həm də Suriyanın böyük hissəsinə nəzarət edən silahlı qruplarla bağlı mövqelərdə də fərqlər mövcuddur. Buna görə də hər iki tərəf vahid yanaşma formalaşdırmalıdır. Buraya daxili islahatlar, idarəetmə, təhlükəsizlik və xarici əlaqələrə dair məsələləri əhatə edən “fəaliyyət siyahısı” hazırlanmalı və yeni Suriya hökumətinə təqdim edilməlidir. Bu, ərəb ölkələrinin 2021–2024-cü illərdə Əsədə yönəlik siyasətinə bənzər ola bilər.

    Prezident Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu açıq şəkildə əmin edib ki, Suriya məsələsində onunla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gərginliyin azaldılmasına çalışacaq. Bu, suriyalı kontekstdə ən həssas məsələlərdən biridir. ABŞ eyni zamanda İŞİDə qarşı mübarizədə birbaşa maraqlıdır. Bu səbəbdən də kürd liderliyindəki “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə əməkdaşlıq davam etməlidir.

    Ancaq bu qüvvələr həm də Dəməşqlə danışıqlar aparır və Suriyanın şimal-şərqinin dövlət strukturuna reinteqrasiyası məsələlərini müzakirə edir – bu da idarəetmə, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrini əhatə edir. Bu proses eyni zamanda, SDQ ( PKK-nünü Suriya qolu) ilə Türkiyə arasında gərginliyin davam etdiyi bir dövrdə baş verir – çünki SDQ-nin PKK ilə əlaqələri Ankara tərəfindən haqlı olaraq təhlükə sayılır.

    Buna görə də, ABŞ Suriyada həlledici rol oynamağa davam etməli, sanksiyaların qaldırılması və 1974-cü il Suriya-İsrail razılaşmasının aktual məsələləri, o cümlədən Colan təpələrinin hüquqi statusu ilə bağlı Suriya və İordaniya ilə birgə işləməlidir.

    Livan

    2024-cü ildə əldə olunan atəşkəs razılaşması, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsaslanaraq, Livan hökuməti və Livan xalqına “dövlət içində silahlı dövlət” statusu olan Hizbullahın təsirini azaltmaq üçün hüquqi zəmin yaradır. Bu çərçivədə, BMT və beynəlxalq donor qurumları vacib rol oynayır – xüsusilə də Livanın qarşı-qarşıya qaldığı hüquqi və iqtisadi böhranlar fonunda.

    Lakin ərəb dövlətlərinin rolu da az əhəmiyyət daşımır – bu, yalnız maliyyə yardımı və iqtisadi dəstəklə məhdudlaşmamalı, eyni zamanda Livan hökumətinə Hizbullahla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün siyasi təzyiqlə də müşayiət olunmalıdır. Xarici yardımların, o cümlədən ərəb ölkələrinin yardımlarının, silahsızlaşdırma və 1701 saylı qətnamənin tam şəkildə tətbiqi və atəşkəsin davamlılığı ilə əlaqələndirilməsi Livanda və bütövlükdə bölgədə sülh və sabitliyin təmin olunması üçün əsas amildir.

    Livan-Suriya əlaqələri də ərəb əməkdaşlığının vacib istiqamətlərindən biri olaraq xüsusi koordinasiya tələb edir. Suriya, Hizbullaha silah qaçaqmalçılığını məhdudlaşdırmaq üçün regional dəstəyə ehtiyac duyur – belə qaçaqmalçılıq cəhdləri, Dəməşqdə hökumət dəyişikliyi baş verdikdən sonra belə, 1701 saylı qətnamənin açıq şəkildə pozulması ilə davam etmişdir. Eyni zamanda, Livan və Suriya Şəba Fermaları məsələsində də ortaq mövqe tutmalıdırlar.

    ABŞ Livanda birbaşa və genişmiqyaslı rol oynamasa da, Livan ordusuna davamlı dəstək verir və digər yardım kanalları vasitəsilə təsirini saxlayır. Bundan əlavə, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi diplomatik təsir imkanlarına malikdir. Bu baxımdan ərəb ölkələri ABŞ-la koordinasiyanı gücləndirməli, o cümlədən İsrailin atəşkəsə əməl etməsi və hələ də işğal altında saxladığı Livan ərazilərindən tamamilə çəkilməsi məsələsində əməkdaşlıq etməlidirlər.

    İraq

    Livanla müqayisədə, ərəb ölkələrinin İraqla daha uzunmüddətli və dərin tarixi əlaqələri mövcuddur. Hazırda bu əlaqələr həm iqtisadi, həm də diplomatik sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Lakin İraqdakı vəziyyət mahiyyətcə Livandakından fərqlidir – çünki İranın İraqdakı təsiri daha geniş və daha çoxşaxəlidir. Bu təsir, əsasən “Haşdi Şaabi” milis qruplaşmaları və siyasi partiyalar vasitəsilə həyata keçirilir. Livanda İranın birbaşa agenti olan Hizbullahın təsiri ilə müqayisədə, İraqda İranın nüfuzu daha çox institusional və yayğındır.

    İraqın zəifliyi daha dərin köklərə malikdir. O, İranla yalnız coğrafi cəhətdən qonşu deyil, həm də enerji sahəsində ondan asılıdır. Üstəlik, İraq beynəlxalq hüquqi mandatlara sahib deyil ki, İranın agentlərinə qarşı hüquqi əsaslarla fəaliyyət göstərə bilsin. Qlobal neft bazarının aparıcı istehsalçılarından biri kimi, İraq İranın regional strategiyasında mühüm mövqedədir. Dolayısıyla İraq İranın son qalasıdır.

    Ərəb dövlətləri Bağdad hökuməti ilə inkişaf edən iqtisadi və diplomatik əlaqələrini dolayı yolla İran təsirinə qarşı istifadə edə bilərlər. İraq rəhbərliyinə Tehrana həddindən artıq yaxınlaşmağın təhlükəli nəticələr doğura biləcəyi xatırladılmalıdır. Bu, kürdləri müstəqillik cəhdinə sövq edə və sünni ərəbləri İŞİD kimi ekstremist hərəkatlara yönəldə bilər. Hər iki ssenari təkcə İraq üçün deyil, bütün region üçün təhlükə mənbəyidir.

    Bu kontekstdə Türkiyə ilə İraq Kürd Muxtariyyəti arasındakı münasibətlərin idarə olunması və Bağdadla münasibətlərə dair əməkdaşlıq ən vacib məsələlərdən biridir.

    ABŞ-ın İraqdakı rolu azalsa da, hələ də əhəmiyyətini saxlayır. Xüsusilə enerji sektorundakı ticarət müqavilələri, İŞİDin geri dönüşünün qarşısının alınması və son 20 ildə formalaşmış hüquqi, maliyyə və diplomatik infrastrukturda təsiri davam edir.

    Yəmən

    Son onilliklərdə heç bir xarici qüvvə Yəmən məsələsində real irəliləyiş əldə edə bilməyib – o cümlədən İran da. Tehran, öz agentləri olan husilərin ölkə üzərində tam nəzarətini təmin edə bilməyib və onların qanuni hökumət kimi beynəlxalq səviyyədə tanınmasına da nail olmayıb.

    Hazırda husilər və mərkəzi hökumət arasında münaqişənin böyük ölçüdə “dondurulmuş” vəziyyətdə qalacağı ehtimal olunur. Belə bir durumda ərəb ölkələrinin diqqəti qanuni hökumətin siyasi dəstəklənməsi və humanitar yardımın artırılmasına yönəlməlidir. ABŞ-ın isə Yəməndəki maraqları məhduddur – əsas qayğı, husilərin dəniz nəqliyyatına qarşı hücumlarını bərpa etməməsidir. Mövcud mürəkkəb vəziyyət nəzərə alınaraq, bu məsələ gələcək mərhələyə saxlanmalıdır – yalnız yerindəki dəyişikliklər fərqli yanaşmanı zəruri etsə istisna ola bilər.

    İran, bölgədə geniş agent şəbəkəsi qurmaq üçün onilliklər sərf edib – bu, Tehran üçün böyük strateji uğur olsa da, ərəb dünyasına ağır bədəllər ödədib. Dörd ərəb ölkəsinin və Qəzza zolağının xalqları öz müqəddəratını təyin etmək hüququndan məhrum ediliblər. Bu toplumlar müxtəlif dövrlərdə müharibələrə sürüklənib, böyük humanitar fəlakətlər yaşayıb, və nəticədə bütövlükdə bölgənin sabitliyi pozulub.

    Əgər Yaxın Şərq uzunmüddətli sülh və rifah istəyirsə, İranın təsirinin azaldılması mütləqdir – bu yalnız nüvə və hərbi proqramları ilə deyil, eyni zamanda onun agentlər vasitəsilə digər ölkələr üzərində qurduğu nəzarət imkanları ilə də mübarizəni əhatə etməlidir.

    Bu vəzifəni yerinə yetirmək üçün ən uyğun aktor məhz ərəb ölkələridir – ABŞ da daxil olmaqla, heç bir xarici güc bu sahədə eyni səviyyədə təsirə və marağa malik deyil. Lakin bu, yalnız vahid mövqe və kollektiv iradə ilə mümkün olacaq. İranın və onun bölgədəki agent şəbəkələrinin gözlənilən müqavimətini aşmaq üçün regional həmrəylik və siyasi cəsarət tələb olunur.

    #Donald Tramp #HƏMAS #Hizbullah #Donald Tramp və Qəzza planı #HƏMAS və Qərb Sahilində təsir #HƏMAS və Qəzzanın gələcəyi #Donald Tramp Ukrayna müharibəsi haqqında #Donald Tramp 2025 siyasəti #Donald Tramp Qəzzə planı #Hizbullah və Qəzza həmrəyliyi #Stiv Uitkoff #Zelenski və Donald Tramp görüşü #Husilərin ideologiyası #Husilər və İran əlaqələri #Husilər və beynəlxalq ticarət #Husilər və ABŞ münasibətləri #Husilər və regional geosiyasət #Husilər kimlərdir və Yəməndə necə hakimiyyətə gəldilər? #Husilər Yəmənin sabitliyini necə pozurlar? #Husilərin Qırmızı dənizdə hücumları nə məqsəd güdür? #ABŞ və Böyük Britaniya Husilərə qarşı hansı tədbirləri görür? #Husilər niyə terror təşkilatı siyahısına salındı? #Husilər məktəbləri və təhsili niyə hədəf alırlar? #Yəmən xalqı Husilərin zülmündən necə xilas ola bilər? #7 Oktyabr HƏMAS hücumu #HƏMAS və İsrail müharibəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #ABŞ-ın İran və Husilərə qarşı tədbirləri #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Həşd əş-Şaabi nədir #Həşd əş-Şaabi qanunu 2025 #Həşd əş-Şaabi və korrupsiya ittihamları #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #Həşd əş-Şaabi ilə bağlı qanunvericilik dəyişiklikləri #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #ABŞ niyə Həşd əş-Şaabinin ləğvini istəyir? #Həşd əş-Şaabi qanunu nəyi dəyişəcək? #Həşd əş-Şaabi seçkilərə necə təsir edir? #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullahın hərbi arsenalı #Hizbullahın silahsızlaşdırılması #Husilərin Qırmızı dənizdə fəaliyyəti #İranın Yəməndə husilərə dəstəyi #Husilərin raket hücumları #Haşdi Şaabi və silahların təhvili #Husilərə qarşı ABŞ hərbi əməliyyatı 2025 #İranın dəstəklədiyi husilər #Yəməndə husilərə qarşı əməliyyat #Husilərin hücum cəhdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cared Kuşner...İvankanın əri, İsrailin ortağı və Trampın strateji tərəfdaşı

    19 Oktyabr 2025 16:00

    İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

    19 Oktyabr 2025 15:00

    İsrail hədəflərinə çata bilmədi? - Bəs HƏMAS nə qazandı?

    19 Oktyabr 2025 12:05

    ABŞ-da Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib

    19 Oktyabr 2025 11:45

    ABŞ atəşkəsin pozulmasında işğalçını deyil, qurbanı ittiham edir - HƏMAS

    19 Oktyabr 2025 11:38

    Hizbullah yenidən qurulur: İsrail yeni və daha çevik təhdidlə üz-üzə

    18 Oktyabr 2025 22:30

    Rəfah buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər bağlı qalacaq - Netanyahu

    18 Oktyabr 2025 21:15

    Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır

    18 Oktyabr 2025 20:58

    ABŞ-ın vitse-prezidenti Vens və xüsusi elçisi Uitkof İsrailə səfər edəcək - Trampın Qəzza planı gündəmdə

    18 Oktyabr 2025 18:20

    Qəzza sazişi – Ankaranın Suriyada diplomatik qələbəsi

    18 Oktyabr 2025 10:19

    İspaniya cəzalandırılmalıdır - Tramp

    17 Oktyabr 2025 22:36

    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində

    17 Oktyabr 2025 21:12
    Demo
    XƏBƏR LENTİ

    Eyfel Qülləsi söküləcəkmi?

    Türkiyədən Çinə polad ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Cared Kuşner...İvankanın əri, İsrailin ortağı və Trampın strateji tərəfdaşı

    Türkiyənin Ceyhan limanı 14 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Təqaüdçülər üçün ən cəlbedici ölkələr açıqlanıb - Avropa liderliyini qoruyur

    Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

    Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları alacaq

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.