BAKI, AzerVoice
Ukraynanın Müdafiə Nazirliyinin sabiq yüksək vəzifəli məmuru 90 milyon qrivna (təxminən 2,1 milyon dollar) məbləğində mənimsəmədə ittiham olunur. Sözügedən cinayət işi nazirliyin bir şöbəsinin sabiq rəhbəri və müqaviləçi şirkətdən onun iki şəriki tərəfindən təşkil edilib.
AzerVoice xəbər verir ki, nazirliyin Hərbi-Texniki Siyasət, Silahlanma və Hərbi Texnikanın İnkişafı Departamentinin keçmiş rəhbəri Aleksandr Liyevdən gedir.
İttiham olunan şəxslər, cəbhə xəttinin ehtiyacları üçün yararsız tank əleyhinə raket sistemləri alaraq dövlət büdcəsindən 90 milyon qrivnadan çox vəsaiti mənimsəyiblər. İstintaq materiallarına əsasən, bu silahlar düşmənin zirehli texnika qruplarını məhv etməkdə mühüm rol oynamalı idi, çünki həmin texnikalar Ukrayna ordusunun müdafiə mövqelərini yarmağa çalışırdı.
Araşdırmalar nəticəsində məlum olub ki, 2022–2023-cü illərdə vəzifədə olduğu müddətdə Aleksandr Liyev Ukrayna Silahlı Qüvvələrinə tank əleyhinə silah tədarükü üzrə hökumət müqaviləsi bağlayıb. Lakin müasir silahlar əvəzinə, podratçılar istifadəyə yararsız tank əleyhinə qurğular tədarük edib və əldə olunan büdcə vəsaiti gizlədilib.