BAKI,AzerVoice
Konfransın məqsədi Azərbaycan dilinin qorunması, inkişaf strategiyalarını müəyyən etməkdən ibarətdir.
AzerVoice xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
Spiker bildirib ki, dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməlidir:
“Dilimizin qorunması və inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlar parlamentin fəal iştirakı ilə həyata keçirilir. Dövlət dili haqqında qanun və digər normativ hüquqi aktlar dilimizin tətbiqi ilə bağlı vacib mexanizmlər yaratdı. Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır”.
