Əsas səhifə » İsraildən Azərbaycan ərazisinə hörmətsizlik

İsraildən Azərbaycan ərazisinə hörmətsizlik

BAKI, AzerVoice

İran və İsrail arasında yaranan gərginlik fonunda İsrail Müdafiə Qüvvələrinin rəsmi X ( keçmiş Twitter) hesabında Azərbaycan ərazisi təhrif olunub.

AzerVoice xəbər verir ki, Azərbaycanın 2020-ci ildə apardığı Vətən Müharibəsi nəticəsində azad etdiyi ərazilər nədənsə Ermənistanın tərkib hissəsi kimi göstərilib.

Ayrıca İsrail beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən Türkiye sözü əvəzinə Türkiyəni Turkey olaraq xəritədə qeyd edib.

Qeyd edək ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, mülki itkilərin ümumi sayının 78 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab hücumu nəticəsində azı 63 nəfər yaralanıb.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

AzerVoice həmin paylaşımı təqdim edir.

https://x.com/IDF/status/1933506910155571331/photo/1

Digər Kateqoriyalar

2025 © Azervoice