#44 günlük Vətən müharibəsi

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir təşkil olunub. Tədbir Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümünə həsr olunub.

“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası təqdim edilib. Xatirə kolleksiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə ithaf olunub.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub. Konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər. 44 günlük Vətən müharibəsinin beşinci ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə “Xarıbülbül” nişanı və Qələbə şüarlarları əks olunub.

Silahlanmaya yeni qəbul edilmiş “Hero - 120” sərbəst uçan döyüş sursatları ilk dəfə Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib. Həmçinin silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu "Vaşaq" xüsusi əməliyyat nəqliyyat vasitələri, "Kobra 2" zirehli tibbi təxliyyə avtomobilləri ilk dəfə nümayiş etdirilib.