MƏKKƏ,AzerVoice, ƏHMƏD SALİH HƏLƏBİ
Məkkədə Məscidül-Hərəm və Mədinədə Peyğəmbər Məscidinin işlərinə məsul ümumi idarə Arafat Xütbəsinin tərcüməsi layihəsinə hazırlıqlarını tamamlayıb. Bu layihə, Xadimül-Hərəmeyn Əş-Şərifəinin təşəbbüsü çərçivəsində həyata keçirilir və İslamın şəfqət dolu mesajını müxtəlif dünya xalqlarına onların ana dillərində çatdırmağı, həmçinin müsəlman və qeyri-müsəlmanlarla ünsiyyəti gücləndirməyi hədəfləyir. Bu təşəbbüs, Səudiyyə Ərəbistanının Həcc ziyarətçilərinə və Müqəddəs İki Məscidə xidmət sahəsindəki rolunu əks etdirir.
Layihənin məqsədi Arafat Xütbəsinin mətninin 34-dən çox dilə eyni anda canlı və birbaşa tərcüməsini təmin edərək dünyanın müxtəlif yerlərindəki müsəlmanlara çatdırmaqdır. Bu, açıq təbliğ prinsipi əsasında tolerantlıq və birlik mesajını möhkəmləndirməyə xidmət edir.
Bu layihə Həcc mövsümündə həyata keçirilən ən böyük təşəbbüslərdən biri sayılır. Layihədə sürətli cavab kodlarından (QR) istifadə olunur ki, bu da xütbənin mətni və səsini ziyarətçilərə asanlıqla təqdim edir. Bunun sayəsində Həcc ziyarətçiləri müqəddəs məkanlarda və ya kənarda xütbəni öz ana dillərində dinləyə bilirlər.
Nimrə Məscidinin Ətrafında Həcc Ziyarətçilərinə Soyuq Su
Layihəsi
Nimrə Məscidinin ətrafındakı meydanlarda həyata keçirilən
ziyarətçilərə soyuq su təminatı layihəsi, Həcc 1446-cı il
mövsümündə Müqəddəs Məkanlardakı xidmətlərin keyfiyyətini artırmaq
məqsədilə Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad
Nazirliyinin həyata keçirdiyi layihələrdən biridir. Layihə Həcc
ziyarətçilərinə yüksək texnologiyalar vasitəsilə rahat ibadət
təcrübəsi təqdim etməyə xidmət edir.
Layihənin məqsədi ziyarətçilərə soyuq su təmin etmək və istilik stressi hallarını minimuma endirməkdir. Layihə çərçivəsində hər biri saatda 1000 litr istehsal gücünə malik 70 su soyutma qurğusu quraşdırılıb. Bu soyutma qurğuları məscidin arxa meydanlarında günəş kölgəlikləri və su buxarı (duman) layihəsi ilə əlaqələndirilərək vahid sistem şəklində yerləşdirilib ki, istilik səviyyəsini aşağı salaraq ziyarətçilərin rahatlığını təmin etsin.
Layihəyə həmçinin su içmə və kanalizasiya xətləri də daxildir ki, soyutma surğularının yüksək sanitariya və texniki standartlara uyğun işləməsini təmin etsin. Hər qurğusu saatda 2000 zəvvarı su ilə təmin edir ki, bu da layihənin ümumilikdə saatda təxminən 140 min zəvvara xidmət göstərə biləcəyini göstərir.

