Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada kim güllə ilə ölməsə, aclıqdan öləcək – israilli nazir

    29 Avqust 2025 10:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrailin maliyyə naziri Batseliel Smotriç Qüdsdə keçirdiyi mətbuat konfransında HƏMAS-a qarşı sərt planını açıqlayıb. O, hərəkat silahlarını təhvil vermədiyi və girovları azad etmədiyi təqdirdə Qəzza zolağının mərhələli şəkildə ilhaqına başlanılmasını təklif edib.

    Smotriçin planına görə, İsrail hər həftə Qəzzanın bir hissəsini ilhaq etməli, dörd həftə ərzində zolağın böyük hissəsini tam nəzarət altına almalıdır. Bu müddətdə fələstinlilərin cənuba köçürülməsi, şimal və mərkəzi bölgələrin isə mühasirəyə alınaraq qalan HƏMAS döyüşçülərinin təslim olmağa məcbur edilməsi nəzərdə tutulur. Nazir bildirib ki, bu proses 3-4 ay ərzində başa çata bilər.

    Smotriç həmçinin hər hansı atəşkəsə və ya girov mübadiləsinə qarşı çıxdığını, Qəzzaya su, elektrik və qida axınının tamamilə kəsilməsini tələb etdiyini vurğulayıb: “Qəzzada kim güllə ilə ölməsə, aclıqdan öləcək”.-deyə o qeyd edib.

    HƏMASın reaksiyası

    HƏMAS açıqlamasında Smotriçin sözlərini “soyqırım və kütləvi qırğın siyasətinin açıq etirafı” kimi qiymətləndirib. Hərəkat bildirib ki, bu, fələstinlilərə qarşı “məcburi köçürmə və etnik təmizləmə planının açıq sübutudur” və Beynəlxalq Cinayət Məhkəməsi ilə Beynəlxalq Ədalət Məhkəməsi qarşısında İsrail rəhbərliyini ittiham etmək üçün dəlil təşkil edir.

    Açıqlamada həmçinin qeyd olunub ki, bu, təkcə fərdi radikal fikirlər deyil, artıq 23 aydır həyata keçirilən hökumət siyasətidir: ərzaq və dərmanların qarşısının alınması, yardım mərkəzlərinin bombalanması, infrastrukturun dağıdılması və əhalinin kütləvi şəkildə köçürülməsinə cəhdlər.

    Beynəlxalq narahatlıq

    Smotriçin çıxışı, İsrail ordusunun Qəzzə şəhəri ətrafında hücumlarını intensivləşdirdiyi və humanitar təşkilatların mülki əhalinin aqibəti ilə bağlı narahatlıqlarının artdığı bir vaxtda səslənib. BMT-nin hesablamalarına görə, Qəzzada yaşayan 2 milyondan çox insanın əksəriyyəti son iki il ərzində ən azı bir dəfə bombardmandan qaçmaq üçün evlərini tərk etməyə məcbur olub.

    Smotriç baş nazir Benyamin Netanyahuya bu planı dərhal qəbul etməsi üçün müraciət edib. O, həmçinin İsrailin 2005-ci ildə çıxardığı Qəzzada yenidən məskunlaşmanı dəstəklədiyini bildirib.

    Smotriçin sözlərinə görə, İsrailin Şərqi Qüdsdə təsdiqlədiyi yeni “E1” adlı yaşayış məskəni layihəsi də “Fələstin dövlətinin ideyasını dəfn etməyi” hədəfləyir.

    #Qəzza #İsrail #Qəzza zolağı #İsrail XİN #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #İsrail cinayətləri #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Betsalel Smotriç planları #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Betsalel Smotriç
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.