Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Məkkədən Mədinəyə: İslamda İnsan Hüquqlarının Təməli

    4 Aprel 2025 08:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Həzrət Məhəmməd
    mütəvazi, nəzakətli, mərhəmətli xarakteri və başqalarının hislərinə qarşı həssas olmaq kimi xüsusiyyətləri nöqteyi-nəzərindən öz dövrünün digər liderlərinə bənzəmirdi. Quran bir çox ayədə onun “fani bir insan” və yalnız bir “elçi” olduğunu dəfələrlə vurğulayır.

    Həyat yoldaşı Aişə onun öz evində adi, hər hansı sadə bir insan kimi davrandığını söyləyir. Öz xidmətçiləri də daxil olmaqla hamıya kömək edir, alış-verişə gedir, evini təmizləyir, başmaqlarını və paltarını tikir, dəvələrə su verirdi.

    Mədinədə ictimai həyatda aktiv iştirak edir, şəhərin insanları ilə birlikdə çalışır və yemək yeyirdi. Hətta ilk məscidin tikintisində digər müsəlmanlarla birlikdə işləmişdi. Mədinəni hücumlardan qorumaq üçün xəndək qazıntısında peyğəmbər də iştirak etmişdi.
    İslamın insana verdiyi yüksək səviyyəli dəyər hər kəsə məlumdur və həzrət Məhəmməd hansı səbəblə olursa olsun, irqçiliyin bizim inancımızda yeri olmadığını israrla vurğulamışdır. Rənglərindən asılı olmayaraq bütün insanlar bərabər hüquqa sahib olmuşdur. Afrikadan Bilal, İrandan Salman...
    Quran hacıların “dünyanın ən ucqar bölgələrindən” Məkkəyə həcc üçün gəlmələrini buyurmuşdur. Bu ayə kiçik müsəlman cəmiyyətinin yeni qurulduğu və hər yerdə onları məhv etmək istəyənlərin mövcud olduğu bir dövrdə nazil olmuşdur.
    Həzrət peyğəmbər “Vida xütbəsi”ndə İslamda irqi ayrıseçkiliyə yer olmadığını vurğulayır.
    “Necə ki ərəbin qeyri-ərəbdən, qeyri-ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur, eləcə də qızıl dərilinin qaradərili üzərində, qaradərilinin də qızıldərili üzərində heç bir üstünlüyü yoxdur”. Petersə görə peyğəmbərin bu fikirləri “İslamın Şərqdəki qədim feodal qayda-qanunlarını yerlə bir edən bərabərlikçi xüsusiyyəti”dir.
    Çünki İslam bu xüsusiyyəti ilə hökm sürdüyü hər yerdə bərabərlik üzərinə qurulmuş bir cəmiyyət yaratmışdır. “Bu dərin və güclü bərabərlik şüuru İslam ruhunun səciyyəvi xüsusiyyəti olmuş, onun dini, siyasi, hətta incəsənət və ədəbiyyat ənənəsini formalaşdırmışdır”.

    İslam qadınların da cəmiyyətdəki rolunu və yerini müsbətə doğru dəyişdirmişdir. Qadınlara çox pis münasi- bət bəslənildiyi bir dövrdə İslamın hədsiz dərəcədə diqqət və qayğısı inqilabi bir inkişafın göstəricisi idi. Ərəbistanda qadına qarşı amansız münasibət hökm sürürdü. O dövrdə qız övladı üz qaralığı hesab edilir və yeni doğulmuş qızlar ataları tərəfindən diri-diri basdırılırdı. İnfantisid (yeni doğulan uşağı qəsdən öldürmə; körpə qatilliyi) İslamda qəti şəkildə qadağan edilmişdir.
    Peyğəmbərimiz qadınların öz ərlərinin “vəsayət”i altında olmadıqlarını açıq şəkildə ifadə etmişdir. Qadınların qızlıq soyadını ərə getdikdən sonra da istifadə etmələri geniş yayılmış bir ənənə idi. Əsl böyük və inqilabi dəyişiklik isə kişilərin saysız-hesabsız qadına sahib olmaq istəklərinə sərhəd çəkilməsidir. Hətta Quranın “Nisa” surəsinin üçüncü ayəsində evliliyin ən ideal formasının bir qadınla evlənmə olduğu tövsiyə edilmişdir. Qadınlara həmin dövr üçün nadir hadisə olan boşama, nəfəqə və uşaqları üçün kömək alma hüquqları verilmişdir.
    İslam başqa bir cəhətdən də inkişaf etmişdi. Qadınlar mülkiyyət və var-dövlət sahibi olma və onlara istədikləri kimi nəzarət etmə hüququna da sahib idilər. Xocsonun da qeyd etdiyi kimi, heç bir halda bir kişi həyat yoldaşının puluna müdaxilə etmə hüququna sahib deyildi, əksinə, ona və övladlarına baxmaq və bunları öz qazancı ilə yerinə yetirmək məsuliyyətini daşıyırdı. Qadınlar ərlərindən aldıqları cehizin xüsusi mülkiyyəti də daxil olmaqla mirasa varis olma hüququ da qazanmışdılar.
    1882-ci ildə həyata keçirilən “Qadınların Mülkiyyəti Hərəkatı”na qədər İngiltərədə qadınların miras hüququ yox idi. Həzrət peyğəmbər “Vida xütbəsi”ndə bunu qısa şəkildə qeyd etmişdir: “Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərində haqları vardır”.
    Peyğəmbərin qızı Fatimə və həyat yoldaşı Aişə bəlağətli danışıq qabiliyyətinə görə məşhur idilər. Fatimə, Aişə, peyğəmbərin yəhudi həyat yoldaşı Səfiyə və qız nəvəsi Zeynəb və Sükeynə siyasətdə iştirak etmiş və ilk müsəlman cəmiyyətinin problemlərinin həllində böyük köməklik göstərmişdilər.
    Qadınlar İslam dünyasında yalnız dövlət işlərində iştirak etməklə kifayətlənməmiş, sultan olaraq ölkə də idarə etmişdilər. Məşhur xeyriyyəçilər arasında adı əfsanəyə çevrilmiş çox sayda müsəlman qadın var. Poeziya gecələrində kişi şairlərlə yarışan müsəlman qadın şairlər də var idi. Həmin qadınlar arasında incəsənət xadimləri, xəttatlar və musiqiçilərlə yanaşı, müəllimlər, həkimlər də var idi.

    #İslam irsi #Məkkə #Quran surəsi #İslam tarixi #Qurani-Kərim #islamafobiya #Həcc #İslam mədəniyyəti #Həcc ziyarəti #quranşünaslıq #Qurani-Kərim ayələri #Quran təfsiri #Məkkə və Mədinə #İslamda təfsir və təvil #Məkkə təfsir məktəbi #Quranda Məkkənin adı #Məkkə surələri #Quranın mesajları #Təfsir və Dini Məlumatlar #Qurani-Kərim və fitnə #Əmmar ibn Yasir Mədinəyə nə vaxt hicrət etdi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslamda Fatihə surəsinin mənəvi və fiqhi əhəmiyyəti nədir?

    21 Dekabr 2025 14:23

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Əbəsə surəsi haqqında nə bilirik?

    24 Noyabr 2025 12:50

    Ecazi Quran nədir?

    23 Noyabr 2025 13:05

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 242 milyon dolları keçib (ÖZƏL)

    İran parlamentinin sədri ABŞ-ni xəbərdar edib

    İspaniya Superkuboku: “Barselona” və “Real Madrid” üz-üzə gələcəklər

    2026-cı ildə avtomobil bazarında qiymət artımı gözlənilmir - Ekspert

    Keçən il Türkiyədən Türkmənistana avtomobil ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    Tarixdə ən ölümcül zəlzələ: 1556-cı ildə Çində 830 min insan həlak oldu

    İtaliya millisinin sabiq hücumçusu Səudiyyə Ərəbistanında oynayacaq

    Keçən il Türkiyədən Fransaya hazır geyim ixracı 895 milyon dolları keçib (ÖZƏL)

    İstanbul Universiteti haqqında nə bilirik?

    Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.