Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ Konqresindən İsrailə sərt xəbərdarlıq - Suriyadakı hücumları dayandırın

    29 Avqust 2025 10:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    ABŞ Konqresinin bəzi üzvləri İsrailin Suriyaya hücumlarını dayandırmasını tələb edərək, Dəməşqdə sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

    AzerVoice xəbər verir ki, ABŞ senatorları Jeanne Shaheen, Joni Ernst və Nümayəndələr Palatasının üzvü Joe Wilson İsrailin Suriyadakı son hərbi əməliyyatlarını pisləyən birgə bəyanat dərc edib. Bəyanatda qeyd olunub ki, Suriya 14 ildən çox davam edən münaqişələrdən sonra sabitliyə və irəliləyişə ehtiyac duyur, lakin İsrailin hücumları bu məqsədə çatmağı çətinləşdirir. Konqresmenlər, xüsusilə avqustun 27-də Dəməşq çölündəki Qusvah bölgəsində 6 Suriya əsgərinin həlak olması ilə nəticələnən pilotsuz təyyarə zərbələrini və Mani dağına endirilən hava hücumlarını tənqid ediblər.

    Senatorlar və Wilson, Suriyaya son səfərlərini xatırladaraq, ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaların ləğvini dəstəklədiklərini və Dəməşq hökumətinin sabitliyə ehtiyacı olduğunu bildiriblər. “İsrail bu fürsətdən istifadə etməli və hərbi əməliyyatları dərhal dayandırmalıdır ki, Suriyalılar və ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrackın əldə etdiyi irəliləyiş davam etsin. Sabit və təhlükəsiz Suriya İranın təsirindən xilas olmaq və İŞİD təhlükəsini cilovlamaq üçün yeganə yoldur.” -deyə onlar bəyan ediblər.

    Qeyd edək ki, İsrail 8 dekabr 2024-cü ildə Qolan Təpələrindəki bufer zonasını işğal edərək Suriya ərazisindəki hərbi mövqelərini genişləndirib və paytaxt Dəməşqə yaxın ərazilərə hücumlar təşkil edib. Baş nazir Benyamin Netanyahu Suriyanın cənubunda daimi işğal siyasəti yürüdəcəyini və bu ərazinin silahsızlaşdırılmasını tələb etdiyini açıqlayıb, bu isə 1974-cü il Qüvvələrin Ayrılması Müqaviləsinin pozulması kimi qiymətləndirilir.

    #İsrail #ABŞ #Suriya #Dəməşq #ABŞ Konqresi #Colan Təpələri #İsrail və Colan təpələri #İsrail-Suriya gərginliyi #İsrail Suriya hücumu #Colan təpələri münaqişəsi #İsrail Suriyada #İsrail hava zərbələri Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    13 Dekabr 2025 15:39

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Azərbaycan və "Meta" şirkəti arasında əməkdaşlıq imkanları dəyərləndirilib

    13 Dekabr 2025 10:38

    Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

    13 Dekabr 2025 10:02

    Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb

    12 Dekabr 2025 10:00

    Türkiyə nöqtəni qoyur: Suriya düyünü son həddə çatır

    11 Dekabr 2025 18:36

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    11 Dekabr 2025 18:00

    907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni dövr açır - Rufiz Hafizoğlu

    11 Dekabr 2025 16:51

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06
    Demo
    XƏBƏR LENTİ

    Antonio Quterreş İraqa səfər edib

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.