Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Qəzzada jurnalist olmaq – Ölüm təhlükəsinə baxmayaraq həqiqəti dünyaya çatdırmaq

    29 Avqust 2025 10:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Anaitik Təhlil Mərkəzi

    Qəzza zolağında ağır şərait və saysız-hesabsız təhlükələr altında çalışan jurnalistlər, həyatlarını riskə ataraq, baş verənləri işıqlandırmağa və həqiqəti çatdırmağa davam edirlər. Onlar təkcə bombardman və partlayış təhlükəsi ilə üzləşmirlər, həm də elektrik enerjisinin tam kəsilməsi, günəş panellərinin İsrail tərəfindən hədəfə alınaraq məhv edilməsi, internetin uzun müddət kəsilməsi və digər maneələrlə qarşı-qarşıyadırlar.

    Müharibə başlayandan bəri Qəzzada 246 jurnalist həlak olub, çox sayda media nümayəndəsi isə yaralanıb. Onların arasında əllərini və ayaqlarını itirənlər, eləcə də iflic təhlükəsi ilə üz-üzə qalanlar var. “Beyt əl-Sahafa” qurumunun rəhbəri Hikmət Yusif bildirib ki, İsrail ordusu jurnalistləri məqsədli şəkildə hədəfə alır: “Bu sadəcə təsadüf deyil, Qəzzada jurnalistlər həqiqəti çatdırdıqları üçün qəsdən vurulurlar”.

    Ciddi maneələr və psixoloji təzyiq

    Jurnalistlər yalnız müharibənin gətirdiyi təhlükələrlə deyil, həm də internet və rabitənin kəsilməsi, nəqliyyatın çətinliyi, avadanlıq çatışmazlığı ilə mübarizə aparırlar. Müxbir Əməl əl-Vadiyə deyib: “İsrail interneti və rabitəni qəsdən kəsir ki, dünyaya Qəzzada baş verənlər çatmasın. Biz bəzən hadisə yerinə belə çata bilmirik”. O, həmçinin həmkarı, müxbir Məryəm Əbu Dəqqənin İsrailin Xən Yunisdəki Nəsir Tibb Kompleksinə hücumu zamanı qətlə yetirildiyini xatırladıb.

    Ötən həftə həmin tibb mərkəzinə hücum zamanı 22 nəfər həyatını itirib, onların arasında 5 jurnalist də olub. Əvvəlcə ilk zərbə endirilib, daha sonra isə hadisə yerinə toplaşan jurnalistlər və tibbi heyət ikinci hücumun hədəfi olublar.

    “Məqsəd – həqiqəti gizlətməkdir”

    Müxbir Əşrəf Əbu Əmrə vurğulayıb ki, İsrailin əsas məqsədi “həqiqəti gizlətmək və görüntüləri susdurmaqdır”: “Oktyabrın 7-dən bəri İsrail jurnalistlərin varlığından narahatdır. Çünki biz onların cinayətlərini sənədləşdiririk və dünyaya göstəririk”. O qeyd edib ki, beynəlxalq media qurumlarının yerli jurnalistlərlə əməkdaşlığı İsrailin qəzəbinə səbəb olub və bu da hədəfli hücumların artmasına gətirib çıxarıb.

    Dünyada ən qanlı müharibə müxbirlər üçün Qəzzada yaşanır

    Mətbuat təşkilatlarının hesabatlarına görə, Qəzzadakı müharibə müasir dövrdə jurnalistlər üçün ən qanlı münaqişə sayılır. Müqayisə üçün: İkinci Dünya Müharibəsi dövründə 69, Vyetnam müharibəsində 63, Koreya müharibəsində isə 17 jurnalist həlak olmuşdu. Ukrayna-Rusiya müharibəsində indiyədək 17 media nümayəndəsi həyatını itirib. Ancaq Qəzzada cəmi iki il ərzində 250-yə yaxın jurnalistin öldürülməsi bu rəqəmləri dəfələrlə üstələyir.

    Qurumlar və insan haqları təşkilatları baş verənləri hərbi cinayət kimi qiymətləndirir və jurnalistlərin müdafiəsi üçün təcili beynəlxalq tədbirlərin görülməsinə çağırırlar. Yaralı jurnalistlərin müalicə üçün təcili olaraq Qəzza xaricinə çıxarılması tələb olunur.

    #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Qəzzada jurnalistlərin ölümü #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar #İsrail və Qəzza münaqişəsi #Məryəm Əbu Dəqqə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.