Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Aşqabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

    10 May 2025 16:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabad şəhərində Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən “Heydər Əliyev-Enerji Diplomatiyası: Yaşıl Dünya Naminə Həmrəylik” adlı konfrans keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Türkmənistandakı Səfirliyindən məlumat verilib.

    Bildirilib ki, konfransda çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib. Q.Gözəlov bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu olaraq, ölkənin enerji siyasətinin formalaşdırılmasında əvəzsiz rol oynayıb, Azərbaycanın dünya enerji bazarında mühüm oyunçuya çevrilməsinə zəmin yaradıb. Səfir Heydər Əliyevin enerji sahəsindəki strateji baxışını və bu sahədə atdığı əsaslı addımları xatırladaraq, onun müstəqillik dövründə reallaşdırdığı “Əsrin Müqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünə böyük töhfə verdiyini vurğulayıb. Səfir qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa kimi enerji layihələri Azərbaycanı qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirib. Alternativ enerji sahəsinə də toxunan səfir bildirib ki, Heydər Əliyevin ekoloji təhlükəsizliyə və enerji diversifikasiyasına verdiyi önəm, bu gün Azərbaycanın “yaşıl enerji” istiqamətində atdığı addımlara güclü əsas yaradıb. Ümummilli Liderin müəyyən etdiyi enerji siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

    Həmçinin, səfir çıxışında COP29-da əldə edilən mühüm nəticələr haqqında məlumat verərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətlərini vurğulayıb. Səfir bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi 2024-cü ilin ən vacib hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Həmçinin, səfir nitqində COP29 çərçivəsində ölkəmizin irəli sürdüyü 14 təşəbbüslə yanaşı, keçirilən tədbirlərə, qəbul edilmiş qərarlara, imzalanmış sənədlərə diqqət çəkib. COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsi zamanı ekoloji məsələlər, maliyyə, investisiya, enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi, urbanizasiya və gender bərabərliyi mövzularında tədbirlərin keçirildiyini bildirilib. Bu tədbirlərdə geniş beynəlxalq iştirakın təmin edildiyini və müxtəlif sahələr üzrə mühüm təşəbbüslərin elan edildiyini diqqətə çatdırıb. COP29-un əsas qərarlarından biri kimi yeni iqlim maliyyəsi hədəfinin müəyyən edilməsinə diqqət çəkib.

    Eləcə də, Q.Gözəlov nitqində Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal və regional əməkdaşlıqdakı roluna toxunub. COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatı ilə aparılan əməkdaşlığa diqqət çəkib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində strateji tərəfdaşlıq razılaşmasının imzalandığını, Xəzər dənizi vasitəsilə Avropaya təmiz enerji ötürəcək kabel layihəsinin həyata keçiriləcəyini vurğulayıb. Bununla yanaşı, SPECA və CAREC proqramları çərçivəsində iqlim və innovasiya sahəsində yeni əməkdaşlıq təşəbbüsləri irəli sürüldüyünü, habelə Xəzər dənizinin ekoloji və nəqliyyat məsələlərinə toxunulduğu qeyd edib. Bununla yanaşı, səfir COP29-da əldə olunan nailiyyətlərə və statistik məlumatlara diqqət çəkərək, eyni zamanda Azərbaycanın yaşıl enerji gündəliyi, ölkəmizin alternativ enerji sahəsindəki nailiyyətləri, perspektivlər barədə iştirakçılara ətraflı məlumat verib, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə və qlobal ekoloji sabitliyin təmin edilməsində oynadığı rolu bir daha vurğulayıb.

    Konfransda Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov çıxış edərək bildirib ki, Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi ilə Azərbaycanın müasir enerji strategiyasının banisi kimi tanınır. Onun əsasını qoyduğu bu siyasət təkcə ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə deyil, eyni zamanda enerji sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verib.

    Həmçinin konfransda Türkiyə səfiri Ahmet Demirok, Böyük Britaniya səfiri Setefen Konlon və Qazaxıstanın səfiri Nurlan Noqayev, həmçinin BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisi Dmitri Şlapaçenko, BMT Baş katibinin xüsusi nümayəndəsi-BMT-nin Mərkəzi Asiyada Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze, habelə “Çalık Enerji” şirkətinin nümayəndəsi Ahmet Anıl Alişbah, həmçinin “ENI” şirkətinin Türkmənistandakı təmsilçisi Corcio Kastriota Skanderbeq çıxış ediblər. Eyni zamanda, konfrans çərçivəsində Azərbaycanın millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin video çıxışı da təqdim olunub, F.İsmayılzadə Heydər Əliyevin siyasi irsinin müasir dövrdə strateji əhəmiyyət daşıdığını və xüsusilə müasir enerji diplomatiyasında bu irsin davam etdirilməsinin önəmli olduğunu qeyd edib. Çıxış edənlər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, enerji sahəsindəki strateji təşəbbüslərə, ekoloji təhlükəsizlik və yaşıl iqtisadiyyat prinsiplərinə toxunub, regionda və qlobal səviyyədə enerji əməkdaşlığının vacibliyini və bu sahədəki gələcək inkişaf perspektivlərini qeyd ediblər. BMT Baş katibinin xüsusi nümayəndəsi K.İmnadze çıxışında Azərbaycanın həyata keçidirdiyi enerji layihələrinin önəmini vurğulayıb, eləcə də Gürcüstan prezidenti Eduard Şevardnadzenin köməkçisi işlədiyi dövrdə Heydər Əliyevlə bağlı yaşadığı xoş xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.

    Konfransın gedişində sinevizyon vasitəsilə Heydər Əliyevlə bağlı kadrlar yayımlanıb, eləcə də Azərbaycanın alternativ enerji sahəsində həyata keçirdiyi layihələr, həmçinin COP29-da əldə olunmuş nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarxlar nümayiş etdirilib.

    Tədbir rəsmi nahar ziyafəti ilə davam edərək, Azərbaycan və dünya bəstəkarlarının klassik musiqiləri ifa olunub. Konfransda Türkmənistanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların nümayəndələri və əməkdaşları, eləcə də enerji şirkətləri və media təmsilçiləri iştirak edib.

    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    Aşqabadda Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
    #Azərbaycan #Aşqabad #Türkmənistan #Heydər Əliyev #Azərbaycanın Türkmənistandakı Səfirliyi #Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkmənistan–Türkiyə Hökumətlərarası Komissiyasının 9-cu iclası Aşqabadda keçiriləcək

    28 Yanvar 2026 17:12

    ARDNF və Ərəb Enerji Fondu “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “PAL Cooling Holding”ə sərmayə yatırıb

    28 Yanvar 2026 15:47

    Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarına dair məlumat verilib

    28 Yanvar 2026 15:32

    Energetika naziri WPC Energy rəhbərliyi ilə görüşüb

    28 Yanvar 2026 15:26

    Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

    28 Yanvar 2026 15:05

    Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib

    28 Yanvar 2026 15:03

    Türkiyənin ticarət naziri Türkmənistana gedəcək

    28 Yanvar 2026 11:14

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    27 Yanvar 2026 17:36

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    27 Yanvar 2026 17:30

    Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

    27 Yanvar 2026 17:07

    Paytaxtda yeni parklanma yerləri təşkil edilib

    27 Yanvar 2026 14:09

    Dövlət Məşğulluq Agentliyi 2026-cı il üçün hədəflərini açıqlayıb

    27 Yanvar 2026 13:43
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-a vasitəçilik təklif edib - ABŞ rəsmiləri

    Ukraynadakı diaspor rəhbəri dövlət mükafatı ilə təltif olunub

    Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib

    “AzerGold” QSC 2026-cı il üzrə ilk ixrac əməliyyatını həyata keçirib

    PAL Cooling Holding BƏƏ-də mərkəzləşdirilmiş soyutma bazarında mövqeyini gücləndirir

    Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib

    Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək

    Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

    Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

    HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə hazır olduğunu bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.