Əsas səhifə » Dünyada uşaqlar ölür, qadınlar öldürülür - Ərdoğan

Dünyada uşaqlar ölür, qadınlar öldürülür - Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ana ilə Güclü Ailə, Ailə ilə Güclü Türkiyə” proqramında çıxış edib.

AzerVoice xəbər verir ki, tədbirin təşkilində əməyi olan AK Partiyanın Qadın Qolları Rəhbərliyinə təşəkkür edən Ərdoğan, “Ölkəmizin və dünyanın bütün analarının Analar Gününü əvvəlcədən təbrik edirəm,” – deyə bildirib.

Anaların müqəddəsliyinə diqqət çəkən Prezident, “Haqlarını ödəyə bilməyəcəyimiz analarımıza Rəbbimdən ailələri ilə birlikdə xoşbəxt və bərəkətli bir ömür diləyirəm,” – deyə əlavə edib.

Çıxışında şəhid və qazilərin analarını da unutmayan Ərdoğan, bütün şəhid analarını hörmətlə yad edərək onların Analar Gününü ayrıca qeyd edib. “Vətən üçün canını fəda edən övladların analarının əllərindən öpür, qazilərimizin analarına da hörmət və ehtiramımı bildirirəm,” – deyə vurğulayıb.

Ərdoğan çıxışında İsrailin Qəzzaya qarşı davam etdirdiyi hücumlara da toxunub. “Filistində 19 aydır davam edən və minlərlə uşağın yetim, anaların gözü yaşlı qaldığı bu vəhşi soyqırımı qınayır, şəhid olan Gəzzəli anaları rəhmətlə anıram,” – deyə bildirib.

Dünyanın bir çox bölgəsində – Fələstin, Suriya, Livan, Somali, Sudan və Yəməndə – anaların aclıq, xəstəlik və müharibə ilə mübarizə apardığını qeyd edən Ərdoğan, “Hara baxsaq uşaqlar ölür, qadınlar öldürülür. Qəzzədə yemək növbəsində gözləyənlər və dağıntılar arasında yaşamağa çalışan məzlumlar vəhşicəsinə qətlə yetirilir,” – deyib.

Türkiyənin həm öz regionunda, həm də dünyanın müxtəlif yerlərində baş verən bu acıların aradan qaldırılması üçün səylərini davam etdirdiyini bildirən Prezident, “Dünyada sülhün və rifahın hökm sürdüyü, Analar Gününün həqiqi bayram kimi qeyd olunduğu günləri görmək diləyilə” çıxışını tamamlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice