Əsas səhifə » Pakistan fövqəladə vəziyyət rejiminə keçib

Pakistan fövqəladə vəziyyət rejiminə keçib

BAKI, AzerVoice

Pakistanın paytaxtı İslamabadda yüksək səviyyəli fövqəladə vəziyyət elan edilib.

AzerVoice xəbər verir ki, Hindistanın hava hücumlarından sonra Pakistanın paytaxtı İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib və yüksək səviyyəli fövqəladə vəziyyət elan olunub.

Təhlükə riskinin artması səbəbilə paytaxtda yerləşən bütün dövlət xəstəxanalarında təcili yardım protokolları işə salınıb, tibb işçilərinin məzuniyyətləri ləğv edilib. İslamabad Beynəlxalq Hava Limanı isə “qırmızı həyəcan” vəziyyətinə keçib, bütün kommersiya reysləri dayandırılıb.

Qeyd edək ki, Hindistan tərəfindən “Sindoor əməliyyatı” çərçivəsində Peşəvər, Muridke və Müzəffərabad şəhərlərinə təşkil edilən hava hücumlarında mülki şəxslər hədəf alınıb. Rəsmi İslamabad bu hücumları “müharibə cinayəti” adlandıraraq, cavab tədbirləri görüləcəyini bildirib. Baş nazir Şahbaz Şərif açıqlamasında “Günahsız şəhidlərimizin qanı yerdə qalmayacaq” deyə Hindistana sərt reaksiya göstərib.

Digər Kateqoriyalar

2025 © Azervoice