Əsas səhifə » Qəzzada ölənlərin sayı 53 minə yaxınlaşıb

Qəzzada ölənlərin sayı 53 minə yaxınlaşıb

BAKI,AzerVoice

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına qarşı həyata keçirdiyi davamlı hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 52 min 760 nəfərə yüksəlib.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, son 24 saat ərzində İsrailin hücumlarında daha 106 nəfər həyatını itirib, 367 nəfər isə yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına qarşı hücumları nəticəsində yaralananların ümumi sayı isə 119 min 264 nəfərə çatıb.

Həmçinin bildirilib ki, İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlar nəticəsində 2 min 651 nəfər ölüb, 7 min 223 nəfər yaralanıb.

Qəzza zolağında minlərlə insanın hələ də dağıntılar altında qaldığı və çox sayda cəsədin çıxarıla bilmədiyi qeyd olunub. Yerli mənbələr, bölgədə humanitar vəziyyətin hər keçən gün daha da ağırlaşdığını vurğulayırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice