Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Pakistan Hindistana məxsus PUA-nın hissələrini aşkar edib

    8 May 2025 10:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Pakistanın Pəncab əyalətində Hindistana məxsus pilotsuz təyyarənin hissələri tapılıb.

    AzerVoice xəbər verir ki, Pakistanın Pəncab əyalətinin Çakval rayonunda Hindistana məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) hissələri aşkar edilib.

    Tapıntı bölgədə artan gərginlik fonunda əlavə narahatlıq yaradıb.

    Geo TV-nin polis mənbələrinə istinadla yaydığı məlumata görə, tapılan PUA hissələri analiz üçün müvafiq laboratoriyaya göndərilib. Samaa TV isə bildirir ki, əyalətin paytaxtı Lahorda, hava limanı yaxınlığında üç partlayış səsinin eşidilməsi vəziyyəti daha da dramatikləşdirib.

    Qeyd edək ki, bu hadisə Hindistan və Pakistan arasında son günlərdə artan gərginlik kontekstində baş verir. Hindistan aprelin 22-də Pahalqam rayonunda baş verən və 26 nəfərin ölümünə səbəb olan terror aktına cavab olaraq mayın 6-da Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. Hindistan tərəfi hücum zamanı “terror strukturları” olaraq xarakterizə etdiyi 9 hədəfin vurulduğunu bəyan edib.

    Buna cavab olaraq, Pakistan hakimiyyəti hücumlarda 6 mülki obyektin hədəf alındığını və nəticədə 31 nəfərin həyatını itirdiyini açıqlayıb. Pakistan ordusu həmçinin hücum zamanı Hindistana məxsus 5 döyüş təyyarəsini vurduğunu iddia etsə də, Yeni Dehli bu məlumatı təsdiqləməyib.

    Hindistanın baş naziri Narendra Modi əməliyyata “Sindoor əməliyyatı” adını verib və hökumət iclasında bu hərbi addımı “qürur anı” kimi qiymətləndirib. “Sindoor” hind mədəniyyətində evli qadınların alnına çəkdiyi qırmızı tozu simvolizə edir.

    #Pakistan #PUA #Hindistan #Hindistan-Pakistan əlaqələri #Hindistan və Pakistan orduları arasında atışma #Hindistan Pakistan gərginliyi #Hindistan Pakistan müharibə #Hindistan-Pakistan sərhəd gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    7 Fevral 2026 15:33

    Səudiyyə Ərəbistanı İslamabaddakı məscid partlayışını kəskin pisləyib

    7 Fevral 2026 10:14

    Azərbaycan XİN Pakistana başsağlığı verdi

    6 Fevral 2026 16:28

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır - Pakistanın Baş naziri

    4 Fevral 2026 22:06

    Türkmənistan XİN rəhbəri Əfqanıstana səfər edib

    3 Fevral 2026 12:36

    Tokayev Pakistana rəsmi səfər edəcək

    2 Fevral 2026 13:22

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    1 Fevral 2026 18:50

    Rəsmi Bakı Pakistana başsağlığı verdi

    19 Yanvar 2026 23:39

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    16 Yanvar 2026 15:51

    Zorakılıqdan qaçmırıq, ona qarşı çıxırıq - Ranveer Singh

    16 Yanvar 2026 13:36
    XƏBƏR LENTİ

    Qənimət Zahid 2013-cü ildə Azərbaycanı KTMT-yə üzv etmək vədini verib

    Ramiz Mehdiyevin səs yazısı yayıldı - Xarici xidmət orqanları ilə danışır

    Əli Kərimli iyul hadisələrində AZTV-ni ələ keçirməklə bağlı tapşırıq verib – DTX

    Milli Şura xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə iğtişaşlara hazırlaşıb - DTX

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.