Əsas səhifə » Suriyanın bölünməsinə imkan vermərik - Ərdoğan

Suriyanın bölünməsinə imkan vermərik - Ərdoğan

BAKI, AzerVoice

Suriyanın bölünməsinə imkan verməyəcəyik.

AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Suriya mövzusunda bəzi aktorlar Türkiyənin səbrini tarıma çəkmək əvəzinə onun dostluğunun dəyərini bilməli, bir təşkilat kimi deyil, dövlət kimi davranmalıdır.

"Suriyanın terror vasitəsilə parçalanmasına heç vaxt imkan verməyəcəyik" - deyə Ərdoğan bildirib.

Ərdoğan, həmçinin, bildirib ki, Suriyanın köhnə dövrlərə qayıtması artıq mümkün deyil.

"Suriyanın 8 dekabr öncəsinə dönüş ehtimalı artıq yoxdur. 8 dekabr inqilabı ilə Suriyada yeni bir dövr başlayıb" - deyə, Ərdoğan qeyd edib.

Bununla yanaşı Ərdoğan, Yaxın Şərqdəki hər böhranın Türkiyəyə aid məsələ olduğunu bildirib.

"Yaxın Şərqdəki hər bir problem birbaşa olaraq bizi, iqtisadiyyatımızı və təhlükəsizliyimizi maraqlandırır" - deyə, o vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice