Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Husilər müharibənin yükünü əhalinin üzərinə yükləyir

    11 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Husilərin nəzarətində olan bölgələrdə iqtisadi və sosial vəziyyət daha da pisləşməkdədir. ABŞ-ın bu bölgələrə qarşı hərbi müdaxiləsini dəstəkləmək məqsədilə iqtisadi və maliyyə baxımından təzyiqləri artırması vəziyyəti çətinləşdirir. Üstəlik, Yəmən, Donald Trampın rəhbərliyi dövründə qəbul edilən, bütün ölkələrə, təşkilatlara və humanitar proqramlara yardımın azaldılması qərarından da təsirlənir.

    Bu vəziyyətə baxmayaraq, Husi hərəkatı öz davranışı ilə HƏMAS-ın Qəzza zolağında göstərdiyi mövqeyi xatırladır.Hazırda husilər də oxşar yolla davam edir, gərginliyi artıraraq öz məqsədlərinə xidmət edir və müttəfiqi olan İranın maraqları, hesabları və apardığı mübarizələr uğrunda hərəkət edirlər.

    Mart ayının ortalarından bəri ABŞ ordusunun davamlı və ağır hava zərbələrinə məruz qalan bu bölgələrdə dinc əhalinin həyatı və infrastruktur ciddi risk altındadır. Vaşinqton hərçənd dinc sakinləri və hərbi olmayan obyektləri hədəf almadığını iddia etsə də, uzaqdan həyata keçirilən hücumlarda bu vədin tam olaraq yerinə yetirilməsi faktiki olaraq mümkünsüz görünür.

    Husilər hava hücumlarına qarşı müqavimət göstərdikcə və geri çəkilməkdən imtina etdikcə, ABŞ onları təslim olmağa məcbur etmək üçün nəzarətlərindəki bölgələrdə mühasirəni gücləndirmək və müharibə üçün lazım olan resurslardan məhrum etmək strategiyasını tətbiq edir. Bu çərçivədə, ABŞ hökuməti husilərin nəzarətində olan limanlara yanacaq daşınmasını qadağan edərək, bu limanlarla əməkdaşlıq edən dövlətlərə və şirkətlərə xəbərdarlıq etdi.

    ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus bildirib ki, Vaşinqton "husilər kimi xarici terror təşkilatlarına dəstək verən heç bir dövlət və ya ticarət qurumunu bağışlamayacaq", buna gəmilərdə yük aşırılması və limanlara neft təminatı da daxildir. O, bu cür hərəkətlərin ABŞ qanunvericiliyinə zidd olduğunu vurğulayıb.

    Bu xəbərdarlıq ABŞ Dövlət Departamentinin mart ayında husiləri xarici terror təşkilatı kimi tanımasından qaynaqlanır. Tami Brus, Trampın imzaladığı sərəncamı xatırladaraq bildirib ki, "husilərin fəaliyyəti Yaxın Şərqdəki amerikalı mülki və hərbi şəxsləri, ABŞ-ın regiondakı müttəfiqlərini və qlobal dəniz ticarətinin təhlükəsizliyini təhdid edir."

    Husilərin Yəmənin şimal və qərbindəki nəzarətində olan bölgələrində yaşayan insanlar, limanların blokadaya alınması səbəbilə təminatların yavaşıması ilə üzləşməyə başlayıblar. Bu, sözün əsl mənasında bu ərazilərdə həyatın və iqtisadiyyatın damarlarını təzyiq altına salan kəskin yanacaq böhranına səbəb olub. Nəticədə, husilərin faktiki hakimiyyəti davam etdirmək və bölgəni idarə etmək imkanları çətinləşib.

    Tramp administrasiyasının martın əvvəlində qəbul etdiyi və husilərin nəzarətindəki qərb limanlarına neft məhsullarının boşaldılmasına müvəqqəti icazə verən lisenziyanı ləğv edən qərarı artıq qüvvəyə minib və böhranı daha da dərinləşdirir.

    ABŞ Xəzinə Nazirliyinin 4 aprel tarixindən qüvvəyə minən qərarına əsasən, bu limanlara neft məhsullarının boşaldılması dayandırılıb, yanacaq idxalına ciddi məhdudiyyətlər tətbiq olunub. Eyni zamanda, husilərin nəzarətindəki ərazilərdən neft məhsullarının satışına və maliyyə transferlərinə qadağalar qoyulub.

    Bu qərar, ABŞ-ın husiləri xarici terror təşkilatı kimi təsnif etməsi və rəhbərliklərini sanksiya siyahısına salması siyasətinin davamı olaraq qiymətləndirilir.

    Səna və digər husi bölgələrində son günlərdə neft məhsullarının çatışmazlığı kəskinləşib. Bu, dərhal yanacaq qiymətlərinin yüksəlməsinə və ticarət, nəqliyyat da daxil olmaqla enerji ilə bağlı bütün sahələrin iflicinə səbəb olub.

    Yerli mənbələr bildirir ki, bir çox yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Nəticədə, fəaliyyətini davam etdirən məntəqələrdə böyük sıralar yaranıb. Eyni zamanda, husilərlə əlaqəli qruplar qeyri-qanuni yollarla yanacaq əldə edərək, onu qara bazarda yüksək qiymətə satmağa başlayıblar.

    Problemi daha da çətinləşdirən amillərdən biri də, bəzi paylayıcıların mənfəətini artırmaq üçün yanacağa qarışıq qatması və keyfiyyətlə manipulyasiya etməsidir. Bu isə insanların avtomobillərinə və digər yanacaqla işləyən avadanlıqlarına ciddi ziyan vurur.

    Humanitar vəziyyətlə bağlı olaraq, Amnesty International (Beynəlxalq Əfv Təşkilatı) cümə axşamı xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın yardımını kəsməsi və husilərə qarşı hava zərbələri Yəmən xalqı üçün ağır nəticələr doğuracaq. Bu ölkədə əhalinin yarıdan çoxu yaşamaq üçün humanitar yardıma möhtacdır.

    Tramp administrasiyası yanvarda xarici yardımları dondurmuş və daha sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin proqramlarının 83 faizini ləğv etmişdi.

    Husilərin davamlı müqavimətinə baxmayaraq, ABŞ tərəfindən onların resurslardan məhrum edilməsi yolu ilə mühasirəyə alınması, təslim olmaya məcbur etməyin əsas yollarından biri kimi görünür.

    Təşkilat bildirib ki, ABŞ uzun illər boyu Yəmənə ən böyük humanitar yardım edən ölkə olub. Yardımın azaldılması isə dünyanın ən ağır humanitar böhranlarından birinin daha da dərinləşməsinə səbəb ola bilər.

    #Husilər #Husi #Əbdül-Malik Əl-Husi #Husi liderlərinin həbsi #Yəməndə Husiilər 2025 #Husilər və İran əlaqələri #Husilər və beynəlxalq ticarət #Husilər və ABŞ münasibətləri #Husilər və regional geosiyasət #Husilərin hərbi strategiyası #Husilərin ideologiyası nədir və hansı şüarlar səsləndirirlər? #Husilər Yəməndə uşaq əsgərlərdən necə istifadə edirlər? #Husilərin Qırmızı dənizdə hücumları nə məqsəd güdür? #ABŞ və Böyük Britaniya Husilərə qarşı hansı tədbirləri görür? #Husilər niyə terror təşkilatı siyahısına salındı? #Husilər məktəbləri və təhsili niyə hədəf alırlar? #Yəmən xalqı Husilərin zülmündən necə xilas ola bilər?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yəmən: Tarixi İrs, Coğrafiya və Müasir Reallıqlar

    10 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    İsrail və ABŞ Yəməndə Husi liderinə sui-qəsd həyata keçirib

    16 Oktyabr 2025 20:36

    Husilərin istismar müddəti başa çatırmı?

    12 Oktyabr 2025 09:35

    Yəmən müharibəsində qalib yoxdur

    9 Oktyabr 2025 18:00

    Yəmən Tel-Əvivə raket zərbələri endirib

    29 Sentyabr 2025 14:29

    Yəmən Ordusu İsrailə ballistik raket zərbələri endirib

    26 Sentyabr 2025 11:33

    İsrailin Yəmənə hava hücumu: 9 ölü, 174 yaralı

    26 Sentyabr 2025 10:34

    Yəmən ordusu Tel-Əvivi ballistik raketlə vurdu

    13 Sentyabr 2025 14:07

    Yəmən İsrailin hərbi hədəflərinə ballistik raket və dronlarla hücum edib

    12 Sentyabr 2025 11:26

    İsrailin Yəməndəki hava hücumlarında ölənlərin sayı 46-ya çatıb

    12 Sentyabr 2025 09:08

    İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirilib - Husilər

    11 Sentyabr 2025 21:52
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.