Bakı. AzerVoice:
Türkiyənin "Nurol Makina" şirkəti tərəfindən orijinal olaraq dizayn edilən EJDER KUNTER 4X4 Xüsusi Məqsədli Platforması 22-24 may tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Qara Dəniz Müdafiə və Aviasiya Sərgisində (BSDA) nümayiş etdiriləcək.
Bu barədə AzerVoice-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.
Qeyd edək ki, "Nurol Makina" tərəfindən hazırlanan EJDER KUNTER müstəqil asma sisteminə malikdir. Platforma hər cür iqlim və ərazi şəraitinə uyğunlaşa bilir. Beləliklə, şəhər yerlərində olduğu kimi kənd yerlərində də istifadə edilə bilər.
Bundan əlavə, EJDER KUNTER yüksək ballistik mühafizə kabinəsi ilə 14-ə qədər personala təhlükəsiz işləməyə imkan verir.
Hidravlik güc dəstəkli sükanı olan avtomobil -32 ilə +55 dərəcə arasında olan temperaturda işləyə bilir. Tənzimlənən erqonomik sürücü və operator oturacağı istifadə rahatlığını artırır.