Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrail Suriyanı Bombalayır - Hədəf Türkiyədir

    4 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerPress Təhlil Mərkəzi

    İsrail Suriyaya hava hücumlarını intensivləşdirdi və bu hücumların Dəməşqdəki yeni “islamçı hakimiyyətə” xəbərdarlıq olduğunu bildirdi. Tel-Əviv, həmçinin Ankaranı Dəməşqə nəzarət tətbiq etməyə cəhd göstərməkdə ittiham etdi. Bu isə göstərir ki, İsrail Suriyada Türkiyəni neytrallaşdırmaq üzərində işləyir. Amma bunu açıq müharibə olmadan necə edə bilər? Nəzərə almaq lazımdır ki, hal hazırda Ankara Suriyada mövqelərini daha da gücləndirməyə çalışır.

    İsrailin hazırkı Suriyadakı strategiyası Hama və Hums bazalarına açıq şəkildə hücum etməyə, həmçinin paytaxt Dəməşqə yaxın bir mövqeni hədəf almağa əsaslanır. İsrail bu hücumları həmin ərazilərin və oradakı silahların Əl-Qaidənin keçmiş döyüşçülərinin, yəni Dəməşqdə hakimiyyətə nəzarət edən Heyət Təhrir əş-Şam (HTŞ) silahlılarının əlində olması ilə əsaslandırır.

    Ankaranın Dəməşqə nəzarəti ələ keçirməsindən ehtiyat edən İsrail, Bəşşar Əsədin devrilməsindən sonra Suriyada öz məqsədlərinə çatmağa çalışır. İsrail ölkənin cənub-qərbində torpaqları nəzarətə götürüb, druz azlığını qorumağa hazır olduğunu bəyan edib və Vaşinqtona Suriyanı zəif dövlət kimi saxlamaq üçün təzyiqlər göstərib. Habelə Əsədin devrilməsindən sonrakı günlərdə çoxlu sayda ağır silah və hərbi texnikanı məhv edib.

    Suriyadakı hərbi bazalara və oradakı silahlara açıq şəkildə hücum edilir, iddia olunur ki, bu obyektlər keçmiş Əl-Qaidə döyüşçülərinin əlindədir.

    İsrailin Suriyada hərbi bazalara hücum edərək, gərginliyi artırması, Türkiyənin Suriyada yerləşən T-4 (Ti-Four) hava bazasına nəzarət almağa çalışdığı və orada hava hücumundan müdafiə sistemləri yerləşdirməyi planlaşdırdığı barədə xəbərlərdən sonra baş verib. Hətta həmin strateji nöqtədə tikinti işlərinə başlamaq planlarının olduğu bildirilir.

    İsraillilər anlayır ki, əgər türklər T-4 bazasında və digər Suriya hərbi obyektlərində mövqe tutarlarsa, geri çəkilməyəcəklər. Türkiyənin varlığını birbaşa bombardmanla hədəfə almaq isə Tel-Əvivlə Ankara arasında kəskin böhrana səbəb ola bilər. İsrailin əvvəllər İrana qarşı tətbiq etdiyi bombardmanlara İranın göstərdiyi reaksiya ilə Türkiyənin reaksiyasını eyniləşdirmək mümkün deyil. Türkiyə NATO-nun əsas üzvüdür və ona qarşı hücum əvvəlki kimi asanlıqla ötüşməz.

    Bundan əlavə, xaricdəki hərbi təsiri artan Türkiyənin İsrailin baza bombalama təhdidi qarşısında geri çəkilməsi çətin görünür. Bu, eyni zamanda İsrailin ABŞ prezidenti Donald Trampın Ankaraya qarşı barışçıl mövqeyi ilə bağlı mövqeyi fonunda olduqca çətindir. Halbuki Tramp administrasiyası İsrailə İrana və onun bölgədəki qollarına qarşı sərbəst hücumlar üçün "yaşıl işıq" vermişdi.

    Mart ayında Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Dəməşqin istəyi ilə Suriyada yeni hökumətin tələblərinə uyğun olaraq Suriya ordusunu təlim etmək üçün hərbi baza qurmağın öyrənildiyini bildirmişdi.

    İsrail ordusu cümə axşamı bildirib ki, Hama və Hums əyalətlərindəki iki hava bazasında qalan hərbi gücü və Dəməşq ətrafındakı hərbi infrastrukturun qalıqlarını hədəfə alıb. Suriyalı mənbələr və yerli media isə bu ərazidəki elmi-tədqiqat müəssisəsinə yaxın bir ərazinin bombalandığını deyir.

    Hamada bir suriyalı hərbi mənbə bildirib ki, 10-dan çox hücum nəticəsində hərbi hava limanındakı uçuş zolaqları, idarəetmə qülləsi, silah anbarları və təyyarə hangarları dağıdılıb.
    “İsrail Hama hava bazasını tamamilə dağıdıb ki, ondan istifadə mümkün olmasın. Bu, ölkənin əsas hava bazalarının hərbi potensialını məhv etməyə yönəlmiş planlı bombardmandır.”-deyə, hərbi mənbə bildirib.

    İsraillilər Türkiyənin Suriyadakı genişlənməsindən narahat olduqlarını gizlətmir. Müdafiə naziri İsrael Katz cümə axşamı bildirib ki, hava hücumları “aydın mesaj və gələcək üçün xəbərdarlıqdır. İsrailin təhlükəsizliyinə toxunmağa icazə verməyəcəyik.”

    Katz bəyanatında bildirib ki, İsrail ordusu Suriyada tampon bölgələrdə qalacaq və təhlükəsizlik maraqlarına təhdid olanlara qarşı hərəkət edəcək. O, Suriya hökumətini xəbərdar edib ki, əgər İsrailə düşmən olan qüvvələrin ölkəyə daxil olmasına icazə versə, bunun ağır bədəlini ödəyəcək.

    Türkiyənin Suriyadakı nüfuzundan doğan İsrail narahatlığını əks etdirən başqa bir bəyanatda xarici işlər naziri Gideon Saar Ankaranı Suriyada, Livanda və digər bölgələrdə “mənfi rol” oynamaqda ittiham edib.

    O, Parisdə keçirdiyi mətbuat konfransında deyib: “Ankara Suriyada Türkiyə nəzarətini tətbiq etmək üçün əllərindən gələni edir. Bu, onların açıq-aşkar niyyətidir.”

    “Jerusalem Post” qəzetinə danışan bir təhlükəsizlik rəsmisi deyib: “Əgər Suriyada Türkiyə hərbi hava bazası qurularsa, bu, İsrailin azad hərbi əməliyyatlarını sarsıdacaq.” O, bunu İsrail üçün potensial bir “təhlükə” adlandırıb.

    Rəsmiyə görə, İsraillilər Hums ətrafındakı T-4 hava bazasını bombardman edərək mesaj veriblər ki, Suriyada hava hücumlarının qarşısının alınmasına imkan verməyəcəklər.

    Qəzetin məlumatına görə, İsraildə siyasi və təhlükəsizlik rəsmiləri Türkiyənin Suriyada hərbi bazalar qurması ehtimalına görə təhlükəsizlik toplantıları keçiriblər.

    İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvü Ohad Tal isə "X" platformasında paylaşımında Türkiyəyə qarşı sərt çıxış edərək deyib: “Türkiyə düşmən dövlətdir. Türkiyə səfirliyi dərhal bağlanmalıdır.”

    İsrail aylarla demək olar ki, hər gün Suriyaya hava hücumları təşkil edir. Bu hücumlar nəticəsində mülki şəxslər ölür, hərbi obyektlər, texnika və Suriya ordusunun sursatları məhv edilir.

    İsrail ordusunun sözçüsü Avichay Adraee “X” platformasında bildirib ki, srağagün gecə 474-cü briqadaya bağlı qüvvələr Suriya cənubundakı Tsil bölgəsində əməliyyat keçirib, burada döyüş vasitələrini ələ keçirib və “terror infrastrukturunu” məhv ediblər.

    “Əməliyyat zamanı bölgədəki silahlılar qüvvələrimizə atəş açıblar. Cavab olaraq, qüvvələrimiz yer və hava zərbələri ilə bir neçə silahlı terrorçunu zərərsizləşdirib. Əməliyyat itkisiz başa çatıb.Cənubi Suriyada silahların mövcudluğu İsrail üçün təhlükə yaradır. Müdafiə Ordusu Suriyada hərbi təhlükənin mövcudluğuna imkan verməyəcək və ona qarşı hərəkət edəcək.”-deyə o bildirib.

    #İsrailin yeni Suriya strategiyası #Heyət Təhrir əş-Şam (HTŞ) #HTŞ təhlükəsizlik xidməti #Dəməşqdə HTŞ-nin rolu #HTŞ və İŞİD qarşıdurması #Dar əl-Ərqəm məktəbi #HƏMAS-ın idarəetmə mərkəzi #İsrail Suriyada hava hücumları #Türkiyə Suriyada hərbi baza #T-4 hava bazası Suriyada #İsrail Türkiyə gərginliyi #Suriya münaqişəsi 2025 #Heyət Təhrir əş-Şam Dəməşq #Suriyada Türkiyənin nüfuzu #İsrailin Suriya strategiyası #Suriyada İsrailin hərbi əməliyyatları #Suriyada İsrail-Türkiyə qarşıdurması #İsrail niyə Suriyaya hücum edir? #Türkiyə Suriyada hərbi baza qururmu? #Suriyada İsrail və Türkiyə arasında müharibə ola bilərmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı hərbi tələbələrlə bağlı iddiaları təkzib edib

    6 Noyabr 2025 14:19

    ABŞ-nin sanksiyaları ləğv etməsində Türkiyə həlledici rol oynayıb-Suriyalı nazir

    1 Noyabr 2025 18:28

    Suriya ordusu Türkiyədə hərbi təlimlərə başlayıb - Türkiyə MN

    30 Oktyabr 2025 14:31

    Moskva və Dəməşq arasında taktiki yaxınlaşmaya strateji inam yoxdur

    15 Oktyabr 2025 15:00

    İsrail PUA-sı Dəməşq yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib

    13 Oktyabr 2025 05:56

    Türkiyə və Suriya terrorla mübarizə və sərhədlərin təhlükəsizliyini müzakirə edib

    12 Oktyabr 2025 19:28

    Suriya ilə terrorla mübarizədə yaxın əməkdaşlıq davam edəcək - Türkiyə MN

    25 Sentyabr 2025 13:50

    İsrailin Yəmənə hücumları nəticəsində 9 nəfər həlak olub, 118 nəfər yaralanıb

    10 Sentyabr 2025 21:03

    Türkiyə Suriya ordusunun hazırlanmasına başladı

    8 Sentyabr 2025 12:00

    İsrail ordusu Suriyanın ərazisinə daxil olub - saxlanılanlar var

    3 Sentyabr 2025 17:26

    Tramp Şəraa və Netanyahunu bir araya gətirməyi planlaşdırır

    29 Avqust 2025 10:14

    İsrail HHQ Suriyanın cənubuna zərbə endirib

    26 Avqust 2025 21:17
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.