Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    "Ərəb Liqasının Fövqəladə Sammitində İştirakçılar və Gözləntilər"

    4 Mart 2025 05:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Əlcəzair və Tunis liderlərinin Qahirədə keçirilən Ərəb Liqasının fövqəladə sammitində iştirak etməyəcəyi xəbəri, tədbirin nəticələrinə təsiri ilə bağlı suallar doğurub. Əlcəzair prezidenti Əbdülməcid Tebbun martın 4-də Misirdə keçiriləcək sammitə qatılmayacağını açıqlayıb və bunun səbəbi kimi hazırlıq prosesində bəzi ölkələrin yekun qərarları koordinasiyasız qəbul etməsini göstərib.

    Tunis də öz prezidentinin sammitə qatılmayacağını bildirib və onu xarici işlər naziri Məhəmməd Əli Nəftinin təmsil edəcəyini elan edib. Tunis rəhbərliyi bir daha Fələstinin müstəqil dövləti ilə bağlı mövqeyini vurğulayıb.

    Misir rəsmiləri isə bəyan ediblər ki, bir ölkənin prezidentinin yox, nümayəndəsinin iştirakı, həmin dövlətin tədbirdə iştirak etmədiyi anlamına gəlmir və bu, diplomatik praktikanın bir hissəsidir. Sammitin əsas mövzusu Qəzzanın bərpası üçün planın müzakirəsidir və Misir bildirib ki, bütün ərəb dövlətləri bu məsələ ilə bağlı birlikdə qərar verməlidir.

    Bu arada, bir sıra ərəb liderləri artıq Qahirəyə yola düşüblər. İraq prezidenti Əbdüllətif Rəşid, Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə və Küveytin vəliəhdi Sabah Xalid Əl-Həməd Əl-Sabah sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.

    Keçmiş Misir nümayəndəsi səfir Mötəz Əhmədin bildirib ki, beynəlxalq sammitlərdə dövlətlər istədikləri səviyyədə təmsil oluna bilər və bu, qəbul edilmiş diplomatik normadır. Sammitin yekun sənədi bütün iştirakçıların mövqeyini əks etdirəcək və yekun qərarlar konsensus əsasında qəbul ediləcək.

    Sammitin rəsmi proqramına görə, görüş martın 5-də saat 15:00-da Qahirə vaxtı ilə başlayacaq, iftar süfrəsindən sonra qapalı iclas keçiriləcək və gecə saatlarında yekun bəyanatın açıqlanması gözlənilir.

    Ərəb Liqası, fövqəladə sammit, Qahirə sammiti, Fələstin, Qəzza, Misir, Əlcəzair, Tunis, Əbdülməcid Tebbun, Qeys Səid, Məhəmməd Əli Nəfti, Misir xarici siyasəti, ərəb dövlətləri, diplomatik qərarlar, Qəzzanın bərpası, ərəb liderləri, ərəb birliyi, beynəlxalq siyasət.
    #Qəzza #Qəzza zolağı #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Ərəb dövlətləri və Qəzza #Misir və Səudiyyə Qəzza planı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    8 Noyabr 2025 09:19

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    7 Noyabr 2025 22:59

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    7 Noyabr 2025 07:15

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    6 Noyabr 2025 16:51

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    6 Noyabr 2025 15:49
    Demo
    XƏBƏR LENTİ

    Yuxuda qarpız görmək

    İran XİN sözçüsünün seçkilərlə bağlı bəyanatı qəbuledilməz müdaxilədir – İraq

    Bu gün Birinci Dünya müharibəsi başa çatdı

    Tarixdə bu gün -11 Noyabr

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.