Bakı,AzerVoice
150-dən çox tələbə Avstriya liseyində bir zala toplaşaraq gözlənilməz bir "duetin" - imam Ramazan Dəmir və ravvin Şlomo Hofmeisterin danışıqlarını dinləyiblər.
AzerVoice xəbər verir ki, şagirdləri dinləri haqqında maarifləndirən iki din xadiminin danışıqları 7 oktyabrda Həmas-ın İsrailə hücumundan və İsrailin Qəzzanı amansız bombalamasından sonra əlavə olduqca əhmiyyət kəsb edib.
Qəzza hadisələrinin başlanması ilə, Avropanın hər yerində həm antisemitizm, həm də anti-müsəlman hərəkətlərində artımı Avstriyada da müşahidə edilir.
Sagirdlərlə görüş zamanı, 48 yaşlı ravvin Hofmeister onlara "Biz dini siyasətdən ayırmalıyıq" deyib, 38 yaşlı imam Dəmir də bunu başa ilə təsdiq edib.
"Bu, dini müharibə deyil, siyasi münaqişədir, hadisələr Avropadakı icmalarımıza nə də müsəlçman icmalarına təsir etməməlidir. Bu dəhşətli münaqişədir", deyə, Hofmeister əlavə edib.Dəmirin sözlərinə görə, “yalnız yəhudi və müsəlmanların dostluğu stereotiplərə qarşı çıxa bilər”.
Avstriyada olduqca məhşur olan bu “cütlük” bu günə kimi Onların gündəlikləri iyun ayına qədər doludur, cütlük 30-a yaxın Avstriya məktəbini ziyarət edir. “Cütlük” 10 il əvvəl dinlərarası dialoq layihəsi zamanı tanış olublar və o vaxtdan Türkiyə, İsrail və Fələstin ərazilərinə səyahət edərək birlikdə çalışıblar.
“Cütlük” qeyd edir ki, Qəzza müharibəsi onların dostluğuna təsir etməyib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.