6
BAKI, AzerVoice
İraqda yerləşən və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi qüvvələrinin dislokasiya olunduğu bazalar çərşənbə axşamına keçən gecə kamikadze dronlarla hücuma məruz qalıb.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin baş nazirinin rəsmi nümayəndəsi Sabah ən-Numan məlumat verib.
“Bu gecə kamikadze tipli pilotsuz uçuş aparatları İraqdakı bir sıra hərbi obyektlərə və bazalara zərbələr endirib. Ən çox ziyan Taci və Ali hərbi bazalarındakı radiolokasiya sistemlərinə dəyib. Dronlar həmçinin İraqdakı dörd digər hərbi obyektə də hücum etməyə cəhd göstəriblər, lakin onlar vurularaq məhv edilib” - deyə, məlumatda bildirilib.
O əlavə edib ki, dron hücumları nəticəsində hər hansı bir itki qeydə alınmayıb.