Əsas səhifə » İordaniyada PUA yerə düşüb

İordaniyada PUA yerə düşüb

BAKI, AzerVoice

İordaniyanın paytaxtı Əmmanın qərb bölgələrindən birinə pilotsuz uçuş aparatı (PUA) yerə düşüb.

AzerVoice xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, insident Umm-Uzeyna rayonunda baş verib. Həmin ərazidə bir çox mehmanxana yerləşir.

PUA-nın düşməsi nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Dronu hansı ölkəyə məxsus olduğu hələlik dəqiqləşdirilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice