BAKI, AzerVoice, Nailə Babazadə
Bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 462 milyon dollar olub.
Bu barədə AzerVoice -a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin oktyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2 faiz artaraq 23 milyard 941 milyon dollar, idxalı isə 7,2 faiz artaraq 31 milyon 521 min dollar olub.
“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 523 milyard 621 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar- oktyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 224 milyard 469 milyon dollara, idxalı isə 6,1 faiz artaraq 299 milyard 152 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.