Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    İqlim dəyişikliyi və səs-küy balıqların çoxalmasına təsir göstərir

    10 Avqust 2025 17:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Ekoakustika üzrə mütəxəssis və sosioloq İpek Oskay bildirib ki, iqlim dəyişikliyi dəniz suyunun temperaturunu, duzluluğunu və turşuluq (asitlik) səviyyəsini dəyişdirir, bu da dənizaltı səs mühitini poza bilər: “Səs siqnallarını səhv qəbul edən balıqların yırtıcılardan qaçma və cütləşmə davranışları mənfi təsirlənə bilər”.

    Oskay deyib ki, dəniz suyunun istiliyinin artması, həll olunmuş oksigenin azalması və kimyəvi xüsusiyyətlərin dəyişməsi təkcə fiziki mühiti deyil, həm də dəniz canlılarının yaşaması üçün həyati əhəmiyyət daşıyan akustik şəraiti birbaşa təsir altına alır.

    O, apardığı tədqiqatlarla insan mənşəli təsirlərin dənizdəki təbii səs düzənini necə pozduğunu ortaya çıxarmağa çalışır. Onun işi biologiya ilə akustika elminin qovşağında yerləşən fənlərarası sahəyə aiddir və atmosfer, mexaniki və insan mənşəli səslərin ekosistemə təsirini araşdırır.

    İnsan səsləri və davranışları ilə ekosistem arasındakı əlaqəni anlamadan təbiəti bütöv şəkildə anlamağın mümkün olmadığını vurğulayan Oskay deyir:
    “Dənizin 200 metrdən dərin hissələri – yəni böyük hissəsi – tamamilə qaranlıqdır. Su altında səs istiqamət tapmaq, birlikdə hərəkət etmək, təhlükələrdən qorunmaq və çoxalmaq üçün çox vacib bir vasitədir”.

    Oskay əlavə edir ki, səs suda havadan 4-5 dəfə daha sürətli yayılır və bu yayılma temperatur, duzluluq və pH kimi dəyişkənlərdən təsirlənir.

    Oskayın sözlərinə görə, balıqlar səsi ya sümüklərini bir-birinə sürtərək, ya da hava kisələrindəki əzələləri titrədərək çıxarırlar. Karides və xərçəng kimi qabıqlı canlılar isə antenalarındakı tüklü strukturlar vasitəsilə vibrasiyaları hiss edirlər və səslərini antena və ya qarınlarını bir-birinə sürtərək çıxarırlar. Canlılar növlərinə görə daxili qulaq və ya dəri ilə eşidir və bütün bədənləri ilə səsləri titrəşmə şəklində qəbul edirlər.

    Dəniz dibinə çırpılan səsləri bütün bədəni ilə hiss edən canlılar bu şəkildə birbaşa təsir altına düşür. Qida zəncirinin aşağısında olan bu canlılara zərər dəydikdə, bütün ekosistem təsirlənir.

    Oskay qeyd edir ki, mərcanların bərpası layihələrində sualtı səslər çox vacib rol oynayır. Çünki mərcan sürfələri yerləşəcəkləri ərazini seçərkən akustik siqnallardan istifadə edirlər.

    Səs və çoxalma arasındakı əlaqə

    Oskay bildirir ki, iqlim dəyişikliyi və səs-küyün səs mühiti ilə əlaqəsi birbaşa olaraq canlıların çoxalması ilə bağlıdır:
    “Dəniz altındakı səs mühiti pozulduqda balıqlar siqnalları səhv anlayır, bu da onların yırtıcılardan qorunmasına və cütləşməsinə mənfi təsir edir. Bu da populyasiyaların tarazlığında ciddi nəticələrə səbəb ola bilər. Balıqlarda çoxalma səs vasitəsilə başlayır: erkək səs çıxarır, dişi bu səsi eşidəndə çoxalma hormonu ifraz edir. Lakin yüksək səs-küy şəraitində hüceyrəvi səviyyədəki canlılar zərər görə bilər. Su, havaya nisbətən daha sıx olduğuna görə səs suda həm daha sürətli, həm də daha güclü yayılır. Böyrək daşının səs dalğası ilə parçalandığını xatırlasaq, mikroskopik bir canlının səsdən necə təsirlənəcəyini təsəvvür etmək mümkündür”.

    Oskay əlavə edir ki, dəniz suyunun temperaturu, duzluluğu və pH səviyyəsindəki dəyişikliklər səsin yayılmasına təsir edir. Canlılar bu dəyişikliklərə uyğunlaşmağa çalışsa da, iqlim dəyişikliyinin təsirləri çox sürətli baş verdiyi üçün onların istiqamət tapması çətinləşir.

    “İqlim dəyişikliyi ilə dəniz suyu isinməyə başlayır, bəzi bölgələrdə duzluluq artır, digərlərində isə pH balansı dəyişir. Duzluluq artdıqda səs daha sürətli yayılır, pH dəyişdikdə isə bu yayılma dəyişir və siqnallar düzgün qəbul olunmur. Bu isə səsin alıcıya çatmamasına səbəb olur. Alıcıya səs çatmadıqda toqquşmalar, təhlükənin vaxtında dərk edilməməsi və çoxalma problemləri yaranır. Səs-küy artdıqca canlılar səslərinin alıcıya çatması üçün daha yüksək səslə siqnal verməyə məcbur qalır. Bu da enerji itkisinə səbəb olur və əlavə qidalanma ehtiyacı yaradır. Lakin balıq ehtiyatının azalması və iqlim dəyişikliyi səbəbindən qida tapmaq çətinləşdikcə, balıqlar enerji itirməmək üçün səs çıxarmamağı seçirlər”.

    “Boğazı bir də suyun altından dinləyin”

    Oskay bildirir ki, Marmara dənizində ciddi sualtı səs-küy var və gəmi hərəkətinə müəyyən sahələrdə 20 km/saat sürət limiti qoyulması dəniz canlıları üçün böyük fayda verə bilər.

    O sözlərini belə tamamlayır:
    “İstanbul Boğazı çox gözəldir, amma sualtı səs-küyünü eşitsəniz, orada yaşamaq istəməzsiniz. Quru trafikində yaşadığımız xaosun eynisi dəniz canlıları üçün də keçərlidir. Balıqların çoxalma dövründə İstanbul kimi gəmilərlə dolu bölgələrdə marşrut dəyişikliyi edilməlidir. Hava qabarcığı pərdəsi kimi texnoloji həllər mümkündür. Əgər sualtı səsi gündəmə gətirsək, həll yolları da tapmaq olar. Datçada böyük gəmilərə bağlı olmayan ərazilərdə səssiz və sağlam sualtı akustik sistemlər mövcuddur. İstanbul kimi şəhərlərdə də mühərriklərin yavaşladılması, marşrut dəyişməsi kimi tədbirlərlə problemlərin qarşısını almaq mümkündür”.

    #İqlim dəyişikliyi #dəniz ekosistemi #səs çirkliliyi #balıqların çoxalması #sualtı səs #dəniz biologiyası #dəniz canlıları #dəniz səsi #suda səs yayılması #Marmara dənizi #mərcan bərpası #suda səsin yayılma sürəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sualtı kapsullar təhlükəsizlik və elmi araşdırmalarda yeni imkanlar açacaq

    28 Sentyabr 2025 16:00

    İqlim dəyişikliyi su ehtiyatlarına ciddi təsir göstərəcək

    20 Sentyabr 2025 14:30

    Japarov ŞƏT sammitində iqlim çağırışı edib

    2 Sentyabr 2025 16:25

    Avtomobillərin rəngi şəhərlərin istiləşməsini sürətləndirir

    31 Avqust 2025 14:24

    Paris isti hava dalğalarında Avropanın ən ölümcül paytaxtı olub?

    23 Avqust 2025 16:13

    Amazon meşələri geri dönməz quruma nöqtəsinə yaxınlaşır

    16 Avqust 2025 17:00

    Türkiyədə meşə yanğınları təhlükəsi payızadək davam edə bilər

    14 Avqust 2025 11:15

    Marmara Dənizinin ekosistemini qorumaq üçün yeni monitorinq layihələrinə başlanılıb

    10 Avqust 2025 17:30

    Qlobal istiləşmə vulkan püskürmələrinə səbəb ola bilər

    3 Avqust 2025 09:21

    2500 illik qədim piramida xarabalığa çevrildi

    2 Avqust 2025 15:32

    İqlim Dəyişikliyi Makroiqtisadi Davamlılığı Təhdid Edir

    2 Avqust 2025 14:48

    Yunanıstanda meşə yanğınları bütün ölkəyə yayılıb

    28 İyul 2025 11:08
    Demo
    XƏBƏR LENTİ

    İran XİN Qazaxıstanın Respublika Günü münasibətilə təbrik edib

    Ərəb miqrantları və ABŞ - Kök salan icmaların tarixi

    Trabzonspor Eyüpspor qarşısında qalibiyyət seriyasını uzatmaq istəyir

    Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb

    Türkiyənin Bodrum limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Tramp Kim ilə görüşəcək ?

    Xarici İşlər Nazirliyi Qazaxıstanı təbrik edib

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    Türkiyədən Türkmənistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.