Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Sualtı kapsullar təhlükəsizlik və elmi araşdırmalarda yeni imkanlar açacaq

    28 Sentyabr 2025 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İngiltərə mərkəzli DEEP şirkəti insanların okean dibində uzunmüddətli yaşayışını təmin edəcək modulyar sualtı kapsullar üzərində işləyir.

    AzerVoice xəbər verir ki, şirkət bildirir ki, bu texnologiya yalnız dəniz tədqiqatları və turizm üçün deyil, həm də təhlükəsizlik və strateji məqsədlər üçün istifadə oluna bilər.

    DEEP-in prezidenti Şon Volpertin sözlərinə görə, okean dibi hələ də bəşəriyyətin ən az öyrənilmiş sahələrindən biridir.

    "Kosmosu müşahidə edə bilirik, amma okean dibi ilə insanlıq arasında böyük bir boşluq qalır. Biz bunu doldurmağa çalışırıq" – deyə o vurğulayıb.

    Şirkət 2025-ci ilin sonuna qədər 100 metr dərinlikdə üç nəfərin yaşaya biləcəyi “Vanguard” kapsulunu sınaqdan keçirməyi planlaşdırır. Daha inkişaf etmiş “Sentinel” isə 2027-ci ildə istifadəyə veriləcək və 200 metr dərinlikdə altı nəfərin 28 gün qalmasına imkan yaradacaq.

    “Sentinel”in quruluşunda quru və yaş laboratoriyalar, eləcə də dalğıcların kapsul ilə okean arasında hərəkətini təmin edən xüsusi keçid sistemi nəzərdə tutulub. Bu, tədqiqatçıların real vaxtda nümunələr toplamasına və analiz etməsinə şərait yaradacaq.

    DEEP rəhbərliyi hesab edir ki, bu tip kapsullar qlobal donanmalar üçün kritik infrastrukturun qorunmasında mühüm rol oynaya bilər. Xüsusilə internet trafikinə xidmət edən dənizaltı kabellərin və enerji xətlərinin sabotaj risklərinə NATO da diqqət çəkir.

    “Sentinel” yalnız hərbi və strateji məqsədlərə deyil, həm də dəniz ekosistemlərinin öyrənilməsinə xidmət edəcək. Kapsullar həmçinin turizm üçün “sualtı akvarium” funksiyası daşıya bilər.

    Şirkət hesab edir ki, bu texnologiya dəniz tədqiqatlarında “SpaceX-in kosmosa verdiyi təkanın analoqu” ola bilər və yeni nəsil alimləri okean araşdırmalarına cəlb edəcək.

    “Sentinel” kapsulu altı robot tərəfindən metal tel əsasında 3D çap texnologiyası ilə hazırlanır. Bu üsul ənənəvi istehsala nisbətən daha az resurs tələb edir və kapsulun dərinlik təzyiqlərinə davamlılığını artırır.

    DEEP-in məlumatına görə, modulyar və daşına bilən kapsullar müxtəlif məqsədlər üçün yenidən quraşdırıla bilər. Şirkət artıq Avropa, Yaxın Şərq və Şimali Amerikada potensial müştərilərlə danışıqlar aparır.

    #Enerji infrastrukturu #Sualtı araşdırma #dəniz ekosistemi #sualtı kapsullar #DEEP şirkəti #Sentinel kapsulu #Vanguard kapsulu #okean tədqiqatları #modulyar kapsullar #NATO və dənizaltı kabellər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    14 Fevral 2026 11:51

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ŞƏT beynəlxalq ədalətin və sivilizasiyalararası anlaşmanın tərəfdarıdır - Si Cinpin

    1 Sentyabr 2025 10:01

    İqlim dəyişikliyi və səs-küy balıqların çoxalmasına təsir göstərir

    10 Avqust 2025 17:53

    Dərin okean hələ də demək olar ki, araşdırılmayıb - Alimlər

    11 May 2025 14:00

    Titanikə dair yeni faktlar açıqlanıb

    13 Aprel 2025 16:00

    Rusiya və Ukrayna ilə danışıqlarda irəliləyiş əldə edirik - Tramp

    26 Mart 2025 19:28

    Ukrayna, ABŞ-la Qara dənizdə təhlükəsizliyin təmin olunması barədə razılığa gəldiyini təsdiqləyib

    25 Mart 2025 20:21
    XƏBƏR LENTİ

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.