Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Marmara Dənizinin ekosistemini qorumaq üçün yeni monitorinq layihələrinə başlanılıb

    10 Avqust 2025 17:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Marmara dənizində yaranan müsilaj(yapışqan təbəqə) probleminə qarşı mübarizəyə dəstək məqsədilə dəniz ekosistemini qorumaq və bərpa etmək üçün yeni layihələr həyata keçirilir.

    AzerVoice xəbər verir ki, bu layihələri Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Təbiət Varlıqlarını Qoruma Baş İdarəsi başlatmışdır.

    Dənizlərin “ağciyəri” hesab edilən dəniz otları, 1 kvadratmetr sahədə fotosintez yolu ilə 4-20 litr arasında oksigen istehsal etmək gücünə malikdir. Eyni zamanda, nəsli təhlükə altında olan pina midyaları isə saatda 6 litr dəniz suyunu süzərək təmizləmə funksiyasını yerinə yetirir.

    Nazirlik və Bandırma Onyeddinci Sentyabr Universitetinin birgə əməkdaşlığı ilə reallaşdırılan MAR-ÇAYIR və MAR-PİNA layihələrinin davamı olaraq, bu il ÇAYIR-İZ və PİNA-İZ monitorinq layihələri başladılıb. ÇAYIR-İZ çərçivəsində 8 stansiyada dəniz otlarının ekoloji vəziyyəti elmi metodlarla mütəmadi izlənəcək. PİNA-İZ layihəsi isə dünya üzrə sağlam populyasiyası yalnız Marmara dənizində olan pina midyalarının populyasiya dinamikasını nəzarətdə saxlayacaq.

    Ümumilikdə, Marmara dənizini təmsil edən 7 stansiyada pina populyasiyasının sağlamlıq göstəriciləri, ölüm nisbətləri və ətraf mühit dəyişiklikləri monitorinq edilir.

    Ətraf Mühit Naziri Murat Kurum sosial media vasitəsilə “Pina və dəniz otları Marmara dənizinə nəfəs verir. Pina midyaları saatda 6 litr dəniz suyunu təmizləyir, dəniz otları isə 1 kvadratmetr sahədə 20 litrədək oksigen istehsal edir. ÇAYIR-İZ və PİNA-İZ layihələri ilə bu canlıların populyasiyasını artıraraq müsilajla mübarizəyə bioloji dəstək veririk.”- deyə bildirmişdirlər.

    Təbiət Varlıqlarını Qoruma Baş İdarəsinin rəhbəri Dr. Hacı Abdullah Uçan isə vurğulayıb ki, bu layihələr Marmara Dənizi Qoruma Fəaliyyət Planına mühüm dəstək olacaq və dənizin ekosisteminin yaxşılaşdırılmasına ciddi töhfə verəcək. O, gələcək illərdə elmi tədqiqatların davam etdiriləcəyini də bildirib.

    #Marmara dənizi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    14 Fevral 2026 11:51

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    İranda etirazlarda ölənlərin sayı 7 mini keçib

    12 Fevral 2026 10:42

    İqlim dəyişikliyi və səs-küy balıqların çoxalmasına təsir göstərir

    10 Avqust 2025 17:53
    XƏBƏR LENTİ

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.