Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Panik atak nədir, necə müalicə olunur?

    8 İyun 2025 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Panik atak ölümlə nəticələnə bilərmi?

    AzerVoice xəbər verir ki, iyunun 3-də Türkiyədə Marmaris sahillərində baş verən zəlzələdən sonra panik atak keçirdiyi bildirilən 14 yaşlı yeniyetmənin vəfat etməsi müzakirələrə səbəb olub.

    Hadisə barədə açıqlama verən Muğla valisi İdris Akbıyık gəncin panik atak nəticəsində xəstəxanaya aparıldığını, lakin bütün səylərə baxmayaraq həyatını itirdiyini bildirib.

    Lakin Türkiyə Psixiatriya Dərnəyi və sahə mütəxəssisləri panik atakın ölümə səbəb ola biləcəyini inkar edir. Dərnəyin Media Şurasının üzvü Prof. Dr. Burhanəddin Kaya BBC Türkcəyə açıqlamasında “Panik atak ruhi pozğunluqdur, heç bir ölümlə nəticələnmir. Bu doğru deyil, mümkün də deyil. Dünyada panik atakdan ölən yoxdur” - deyə bildirib.

    Panik atak nədir və necə baş verir?
    Türkiyə Psixiatriya Dərnəyi panik atakı qəflətən başlayan, insanda ciddi qorxu və narahatlıq yaradan, adətən 10 dəqiqə ərzində pik nöqtəsinə çatıb təxminən yarım saat ərzində keçən bir vəziyyət kimi xarakterizə edir. Ən çox rast gəlinən simptomlar arasında sinə ağrısı, ürəkdöyünmə, titrəmə, nəfəs darlığı, başgicəllənmə və ölmə qorxusu yer alır.

    Əgər bu əlamətlərdən ən azı dördü müşahidə olunursa, panik atak kimi qiymətləndirilə bilər. Daha az simptom müşahidə edilirsə, buna “məhdud panik atak” deyilir.

    Zəlzələ zamanı baş verən emosional reaksiyalar panik atakdırmı?
    Prof. Kaya bildirir ki, zəlzələ zamanı təlaş və güclü qorxu yaşayan hər kəsə “panik atak keçirir” demək doğru deyil. “Bu, həm səhv diaqnoz, həm də insanları damğalamaq anlamına gəlir. Əgər həqiqi bir təhlükə varsa, bu zaman yaşanan qorxu panik atak deyil, təbii reaksiyadır.” - deyə o qeyd edib.

    Eyni zamanda, stressə və qorxuya qarşı həssas olan insanlarda bu vəziyyət daha şiddətli simptomlarla müşayiət oluna bilər. Bu zaman nəfəs məşqləri və diqqətin yayındırılması kimi sadə üsullar faydalı ola bilər.

    Ölümlə nəticələnən hadisə nədən qaynaqlana bilərdi?
    Professor Kaya, 14 yaşlı yeniyetmənin vəfatının səbəbinin diaqnozu qoyulmamış bir ürək xəstəliyi ilə bağlı ola biləcəyini qeyd edir. Onun sözlərinə görə, panik atak bu kimi hallarda sadəcə bir “tətikləyici” ola bilər, əsas ölüm səbəbi isə başqa tibbi durumdur.

    Anksiyete ilə panik atak arasındakı fərq nədir?
    Panik atak qısa müddətli, intensiv qorxu hücumlarıdırsa, anksiyete — yəni narahatlıq pozğunluğu — daha uzunmüddətli, davamlı gərginlik və qayğı vəziyyətidir. Zəlzələ kimi travmatik hadisələrdən sonra travma sonrası stress pozuntuları da baş verə bilər.

    Kimlərdə daha çox rast gəlinir?
    Panik pozğunluğu əhalinin təxminən 3–4%-ində müşahidə olunur və daha çox 20–35 yaş arasında, qadınlarda isə kişilərə nisbətən 2–3 dəfə daha çox qeydə alınır. Ən təsirli müalicə üsulu dərman və idrak-davranış terapiyasının birlikdə tətbiqidir.

    Qeyd edək ki, panik atak öldürücü deyil və müalicəsi mümkündür. Lakin hər hansı tibbi simptom yaşanarsa, bu, həkim tərəfindən qiymətləndirilməlidir. Panik atakdan şübhələnən şəxslər Türkiyə Psixiatriya Dərnəyinin veb saytından məlumat ala və ya ən yaxın tibb müəssisəsinə müraciət edə bilərlər.

    #Bunu bilirsinizmi? #panik atak #psixoloji gərginlik #Marmaris zəlzələsi #Türkiyə Psixiatriya Dərnəyi #panik atak simptomları #anksiyete və panik atak fərqi #travma sonrası stress pozuntusu #ruhi sağlamlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00

    Qadınlar niyə kişilərdən daha uzun ömürlüdür?

    5 Oktyabr 2025 15:30
    Demo
    XƏBƏR LENTİ

    Misirdə azərbaycanlı tədqiqatçı-alim təltif olundu

    Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

    Səudiyyə Ərəbistanı və Malayziya XİN rəhbərləri ikitərəfli əlaqələri müzakirə ediblər

    2025-ci ilin FIFA mükafatları sahibini tapdı: Dembele və Bonmati ən yaxşı futbolçular seçilib

    Səudiyyəlilərin Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

    Əraqçi Moskva səfərində Rusiya ilə İran-MAQATE dialoqunu müzakirə edəcək

    Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

    İrandan 24 kiloqramdan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb

    Suriya vətəndaşlarının ABŞ-yə girişi tam qadağan edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.