Əsas səhifə » Qlobal istiləşmə mərcan riflərini məhv edir

Qlobal istiləşmə mərcan riflərini məhv edir

BAKI, AzerVoice

Alimlərdən qorxulu proqnoz- Mərcan rifləri yaxın 50 ildə yox ola bilər.

AzerVoice xəbər verir ki, alimlər iqlim dəyişikliyinin təsiri ilə mərcan riflərinin gələcək 50 il ərzində tamamilə məhv ola biləcəyi barədə ciddi xəbərdarlıq ediblər.

Beynəlxalq Mərcan Rifləri Assosiasiyasının son hesabatında qeyd olunub ki, Hind okeanından Atlantik və Sakit okeana qədər uzanan mərcan qayalarının 84 faizi artıq 2025-ci ilin mart ayından istilik riskinə məruz qalacaq. 2023-cü ildən başlayan bu proses indiyədək qeydə alınan ən genişmiqyaslı “ağartma hadisəsi” kimi dəyərləndirilir.

Qeyd edək ki, okean sularının istiləşməsi və turşuluğun artması nəticəsində mərcanların tədricən məhv olması “ağartma” adlandırılır. Dördüncü qlobal ağartma hadisəsinin nə vaxt bitəcəyi hələ də məlum deyil.

Dəniz bioloqları bildirir ki, ağartma təkcə rifləri deyil, onlarla əlaqəli olan yüzlərlə dəniz növünün həyatda qalmasını da təhlükə altına salır. Karib hövzəsində çalışan mütəxəssis Melanie McField, "İstilik stressinin miqyası və əhatəsi heyrətamizdir. Hətta davamlı saydığımız riflərdə belə ölüm hallarına rast gəlinir," – deyə bildirib.

Beynəlxalq Mərcan Rifləri Assosiasiyasının rəhbəri Mark Eakin bu prosesin yaxın vaxtlarda dayanacağına ümid olmadığını və dünya üzrə ciddi tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice