Əsas səhifə » 41 min il əvvəl günəş radiasiyasına qarşı ilk müdafiə

41 min il əvvəl günəş radiasiyasına qarşı ilk müdafiə

BAKI, AzerVoice

41 min il əvvəl günəş radiasiyasından sağ çıxan insanlar “ilk günəş kremi” ilə tarixi dəyişib.

AzerVoice xəbər verir ki, Miçiqan Universitetinin tədqiqatçıları 41.000 il əvvəl Yerin maqnit sahəsinin zəifləməsi nəticəsində baş verən günəş radiasiyası fəlakətindən Homo sapiens-in necə sağ çıxdığını araşdırıblar.

Alimlərə görə, o dövrdə insanlar günəşdən qorunmaq üçün dəmir oksidi ilə zəngin oxradan, xüsusi geyimlərdən və mağara sığınacaqlarından istifadə ediblər.

Tədqiqat nəticələri göstərir ki, Homo sapiens bu texnologiyalar sayəsində güclü radiasiyadan qorunaraq sağ qalmağı bacarıb, lakin bu imkanlara sahib olmayan Neandertallar qısa müddət sonra tarix səhnəsindən siliniblər.

Qədim dövrün “günəş kremi” hesab edilən oxra həm bədənin qorunmasında, həm də rituallarda və bədən rəsmlərində istifadə olunub. Homo sapiens bu dövrdə ilk dəfə dəqiq tikilmiş, dərini örtən paltarlar da istehsal etməyə başlayıb.

Qeyd edək ki, “Laschamps maqnit meyli” adlandırılan bu hadisə zamanı Yerin maqnit sahəsi indiki səviyyənin cəmi 10 faizinə enmişdi. Alimlər bildirirlər ki, bu gün belə bir zəifləmə baş versə, peyklər sıradan çıxacaq, kommunikasiya sistemləri çökəcək və müasir həyat iflic olacaq. Bu araşdırma həmçinin maqnit sahəsi zəif olan digər planetlərdə də həyat formalarının mövcud ola biləcəyinə işarə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice