Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Uşaqlara zəlzələni izah etməyin doğru yolu

    26 Aprel 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Zəlzələdən qorxan uşaqlara necə dəstək olmaq olar?

    Mütəxəssislər İstanbulda baş verən zəlzələdən sonra uşaqlarda yaranan narahatlığın gələcəkdə fobiyaya çevrilməməsi üçün valideyn və müəllimlərin düzgün yanaşmasının vacibliyini vurğulayırlar.

    İnkişaf psixoloqu İrmak Kerimoğlunun sözlərinə görə, zəlzələ zamanı valideynlərin panikaya düşməsi normaldır, lakin bu ilkin reaksiyadan sonra uşaqlara təhlükəsiz bir mühitin yaradılması vacibdir. O bildirib ki, uşaqları zəlzələdən tam uzaqlaşdırmaq mümkün deyil, lakin onlara bu təbii hadisəni sadə və elmi şəkildə başa salmaq, qoruyucu tədbirlər haqqında danışmaq və zəlzələ anında nə edəcəklərini öyrətmək onların psixoloji dayanıqlığını gücləndirir.

    Kerimoğlu valideynlərə xəbərdarlıq edib ki, “zəlzələ olmayacaq” kimi yalan təsəllilər əvəzinə real təhlükəsizlik tədbirlərini uşaqlarla bölüşmək daha faydalıdır. Şəhəri tərk edən ailələrin bu addımı uşaqlara “təhlükədən qaçış” kimi deyil, “dincəlmək üçün müvəqqəti dəyişiklik” kimi izah etmələri tövsiyə olunur. Əks halda, geri qayıdış daha ağır emosional təsir yarada bilər.

    Qeyd edək ki, Bolu Abant İzzet Baysal Universitetinin professoru Zeynep Deniz Yöndem məktəblərdə pedaqoqların və müəllimlərin də bu dövrdə aktiv rol oynamalı olduğunu bildirir. Onun fikrincə, uşaqlara “qorxmaq və narahat olmaq normaldır” mesajını düzgün ünsiyyətlə vermək lazımdır. Zəlzələ yaşamış uşaqlar üçün məktəbə qayıtma prosesi mərhələli şəkildə həyata keçirilməlidir.

    #İstanbul #zəlzələ #uşaq #Uşaq psixologiyası #Bunu bilirsinizmi? #Uşaq inkişafı #uşaqlarda zəlzələ qorxusu #zəlzələ qorxusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

    13 Dekabr 2025 14:10

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    13 Dekabr 2025 13:59

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    11 Dekabr 2025 11:31

    Energetika naziri TDT çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün yaradılmasından danışıb

    10 Dekabr 2025 12:47

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    9 Dekabr 2025 16:56

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Bodrum limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyədə FETÖ əməliyyatlarında 90 nəfər həbs olunub

    Laçın, Xocavənd və Ağdama növbəti köç karvanları yola salınıb

    Bu gün onun doğum günüdür - Papa Fransisk kimdir?

    Trampın aparat rəhbəri Susie Wiles Ağ Ev daxilində narazılıqları dilə gətirib

    Səudiyyə Ərəbistanının PIF fondu FMTECH-də minoritar payını JLL-ə satıb

    İsrail Knesseti UNRWA-nın ofislərinə su və elektrik verilməsinin dayandırılmasını nəzərdə tutan qərarı təsdiqləyib

    İraq müharibəsindən sonra dövlət institutlarının transformasiyası və regional təsirlər

    HƏMAS Netanyahunun Məscid-i Əqsa ilə bağlı addımına reaksiya verib

    Tarixdə bu gün – 17 Dekabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.