Əsas səhifə » Tehranda İRAN EXPO 2025 sərgisi keçiriləcək

Tehranda İRAN EXPO 2025 sərgisi keçiriləcək

BAKI, AzerVoice

Tehranda İRAN EXPO 2025 sərgisi keçiriləcək – Azərbaycanlı sahibkarlar dəvət olunur.

AzerVoice xəbər verir ki, 28 aprel – 2 may 2025-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehranda 7-ci İxrac İmkanları Sərgisi – İRAN EXPO 2025 keçiriləcək. Tədbir Tehran Beynəlxalq Sərgilər Mərkəzində baş tutacaq.

Sərgidə iştirak edəcək azərbaycanlı sahibkarlar üçün bir sıra üstünlüklər nəzərdə tutulub. Belə ki, 4 gecə 5 günlük otel yerləşməsi, gündəlik yeməklər, nəqliyyat və rəsmi tərcüməçi xidmətlərinin bütün xərcləri ev sahibi tərəfindən qarşılanacaq.

Sərgidə müxtəlif məhsul qrupları üzrə kvotalar Azərbaycan nümayəndə heyəti üçün ayrıca ayrılıb. Afişa və broşürlər vasitəsilə həmin məhsul kateqoriyaları ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, bu beynəlxalq tədbir yerli iş adamlarına yeni bazarlara çıxış, tərəfdaşlıq imkanları və ixrac əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əlavə məlumat üçün əlaqə:
Aytac Talıblı – +994 12 465 76 92 (daxili 107)
[email protected]

Digər Kateqoriyalar

2025 © Azervoice