Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Redaktorun Seçimi

    Azərbaycan cəmiyyətini məhv edən stereotiplər

    11 Mart 2025 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Azərbaycan cəmiyyəti əsrlər boyu öz dəyərləri, adət-ənənələri və milli mentaliteti ilə formalaşmışdır. Lakin bəzi stereotiplər zaman keçdikcə bu mental dəyərləri zədələyərək cəmiyyətin inkişafına mane olur. Bu məqalədə məhz həmin stereotipləri və onların Azərbaycan mentalitetinə vurduğu zərəri sizə təqdim edirəm.

    Qadınların Sosial Həyatda Məhdudlaşdırılması : "Qız yükdür" Bu stereotipin mətləbi odur ki, qadınlar yalnız ev işləri və ailə qayğıları ilə məşğul olmalıdır. Başqa da heç nə. Halbuki Azərbaycan tarixində qadınlar ictimai-siyasi arenada mühüm rol oynamış, və insan hüquqları uğrunda mübarizə aparmışdır. Misal üçün Tomiris Xatun (Əhəməni imperatoru ll Kiri öldürərək oğlunun qisasını almışdı və Azərbaycan torpaqlarında Əhəməni işğalına son qoymuşdu), Ziba Qəniyeva (Azərbaycanlı qadın snayper, Sovet ordusuna İkinci dünya müharibəsi zamanı böyük töhvə vermişdi), Xurşidbanu Natavan (bir çox kasıb ailələrin övladlarının oxumasına kömək edib, oxuma-yazma öyrənmələri üçün şərait yaradıb).
    Lakin hələ də bəzi ailələrdə qız uşaqları sosial həyatda və gələcək karyeralarının inkişafında məhdudlaşdırılır. Onlara təhsil almaq, karyera qurmaq üçün imkanlar verilmir. Bu isə cəmiyyətin ümumi inkişafını ləngidir. Qadınlar öz istədiyi peşədə işləyə bilmir, ali təhsil ala bilmir.

    Şəxsi Seçimlərin Məhdudlaşdırılması: “Evlənmək məcburiyyətdir” Cəmiyyətdə müəyyən yaş həddinə çatan insanlardan mütləq şəkildə ailə qurması gözlənilir. Subay şəxslərə qarşı təzyiqlər artır, onların fərdi seçimləri nəzərə alınmır. Halbuki hər kəsin həyatını necə qurmaq istəməsi onun şəxsi qərarıdır və evlilik xoşbəxtliyin yeganə yolu deyil. Hətta bəzi ailələrdə yetkinlik yaşına çatmayanları da məcbur evləndirirlər, bu isə birinci stereotipin nəticələrini analoji olaraq göstərir – həmin o insanlar təhsil almaq yerinə zorla evləndirilirlər, nəticədə nə ali təhsil var nə də ki gələcək planlar.

    Emosional Bastırılma və Toksik Maskulinlik: "Kişi ağlamaz" Cəmiyyətdə kişilərin duyğularını ifadə etməsi zəiflik kimi qiymətləndirilir. "Kişi ağlamaz", "kişi dözməlidir" kimi fikirlər onların psixoloji problemlərini içlərində saxlamalarına səbəb olur. Nəticədə, depressiya, ailədaxili problemlər və aqressiya artır. Halbuki sağlam cəmiyyət üçün həm qadınların, həm də kişilərin emosional azadlığına ehtiyacı var.

    Peşə təhsilinin rədd edilməsi: "Ali təhsil mütləqdir, diplomun olmalıdır!" Cəmiyyətdə elə bir düşüncə formalaşıb ki, yalnız ali təhsil uğurlu karyeranın açarıdır. Halbuki peşə təhsili və bacarıq, əsaslı inkişaf müasir dövrdə daha çox əhəmiyyət kəsb edir. Gənclərin məcburi şəkildə universitetə yönləndirilməsi onların real maraqlarına və potensialına uyğun olmayan sahələrdə çalışmasına səbəb olur. Tutaq ki, hamı alim oldu oxudu, bəs sonra? Qalan işlərdə, sənət işlərində, hansı ki peşə təhsili lazımdır, kim məşqul olacaq? Onu bilməliyik ki, heç kəsi ali təhsil üçün məcbur etmək düzgün deyil. Bəzi insanlar var ki, onların özünəməxsus bacarıqları var. Onlar o bacarıqları inkişaf etdirərək gələcək karyerasını inşa edə və onu formalaşdıra bilər. Amma o insanlar öz ailələrin qoyduğu "Ali təhsil qanunu" üzrə hərəkət edirlər və bu, onların bacarıqlarının kölgədə qalmasına səbəb olur.

    Və ən əsası..

    Cəmiyyətin Qeyri-Rəsmi Basqısı: “Camaat nə deyər?” Azərbaycan cəmiyyətində insanların öz həyatlarını sərbəst şəkildə idarə etməsinə ən böyük maneələrdən biri "aəə görən bu camaat nə deyər?" stereotipidir. Bu düşüncə insanları başqalarının fikirlərinə həddən artıq önəm verməyə vadar edir. Məhz bu səbəbdən gənclər öz arzularına uyğun seçimlər edə bilmir, çoxları sevmədiyi işdə işləməyə və ya istəmədiyi ailə həyatını qurmağa məcbur qalır. Bunu qeyd edin ki, siz heç bir insanın fikrindən aslı olmamalısınız, əks halda siz sadəcə özünüz üçün bir həbsxana yaradırsınız, bu həbsxananın gözətçisi isə, camaatın fikridir.

    Azərbaycan mentalitetini zəiflədən bu kimi stereotiplər cəmiyyətin inkişafına mane olur, fərdlərin potensialını məhdudlaşdırır və insanları öz həyatlarını sərbəst yaşamaqdan məhrum edir. Bu düşüncələrin dəyişməsi üçün təhsil, media və sosial müzakirələr vasitəsilə maarifləndirmə aparılmalıdır. Mentalitetin əsas dəyərləri – dürüstlük, qonaqpərvərlik, ailə bağları qorunmaqla yanaşı, insan hüquqları və şəxsi seçim azadlığı da ön planda saxlanmalıdır

    #Səməd Əyyubov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Salman Kanalı: Hörmüzdən kənar geoiqtisadi inqilab

    4 Yanvar 2026 21:00

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    İraq parlamentinin yeni sədri Heybət əl-Hələbusi kimdir?

    4 Yanvar 2026 15:30

    Şimali Koreya lideri Kim Çin sərhəddinə səfər edib

    3 Yanvar 2026 07:13

    BMT Təhlükəsizlik Şurasında tarixi an: Vaşinqton İsrailin addımlarına qarşı çıxdı

    12 Sentyabr 2025 22:00

    Misirin İran-MAQATE danışıqlarında vasitəçi rolu

    10 Sentyabr 2025 08:00

    İranın gizli yollarla Hizbullaha göstərdiyi yardım

    5 Sentyabr 2025 22:00

    İsrail ordusundakı etirazlar və “buldozer problemi”

    4 Sentyabr 2025 22:00

    İsrail hökumətində dilemma: Netanyahu ölkəni uçuruma aparırmı?

    21 Avqust 2025 22:00

    İki dövlətli həll konfransına hazırlıq davam edir: “Yol xəritəsi” sənədi və “Barter prinsipi”

    30 May 2025 08:00

    Qumarın İnsana Zərəri: Nəfs insanın evini necə yıxır

    25 Mart 2025 18:00

    Risklərdən Vərdişlərə: Özünü İnkişaf Etdirmək Üçün 4 Addım

    24 Fevral 2025 21:18
    Demo
    XƏBƏR LENTİ

    Yeni pullar Suriyanın maliyyə gələcəyinə necə təsir edəcək?

    Bu gün Pol Pot Kambocanın adını Kampuçiya olaraq dəyişdi

    Tarixdə bu gün – 5 yanvar

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır

    Altı milyon əhali, on səkkiz fərqli məzhəb – Bura Livandır

    "Real Madrid" böyükhesablı qələbə ilə sevinib

    "Sabah" legioner İqor Noqeyranı komandada saxlamaq istəyir

    Salman Kanalı: Hörmüzdən kənar geoiqtisadi inqilab

    İranda etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.