Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Misirin İran-MAQATE danışıqlarında vasitəçi rolu

    10 Sentyabr 2025 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

    Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub.

    Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.

    Əbdülati Əraqçi ilə görüşündə İranın nüvə proqramı ətrafında son vəziyyəti müzakirə edib və Misirin bu məsələdə vasitəçi rolunu vurğulayıb. Nazir bildirib ki, tərəflərin maraqlarını nəzərə alan, etimadı bərpa edən və regional təhlükəsizliyi möhkəmləndirən davamlı razılaşmanın əldə olunması vacibdir.

    İyunun sonundan başlayaraq İsrail–İran gərginliyi fonunda Əbdülati doqquz dəfə Əraqçi və Qrossi ilə telefon danışığı aparıb. O, avqustun 25-də Ciddədə Əraqçi, sentyabrın 2-də isə Sloveniyada Qrossi ilə görüşüb. Sentyabrın 9-da hər iki rəsmiyə Qahirədə ev sahibliyi edib. Ekspertlərin fikrincə, Misirin bu təşəbbüsləri həm İsrail ilə İran arasında yeni müharibənin qarşısını almağa, həm də İranla Qərb, xüsusilə ABŞ arasındakı ziddiyyətləri yumşaltmağa xidmət edir. Əl-Əhram Mərkəzinin eksperti Məhəmməd Abbas Nacinin sözlərinə görə, Qahirədə keçirilən görüşlər tərəflər arasında irəliləyişin əldə olunduğunu göstərir və yaxın zamanda əməkdaşlıq protokolunun elan olunması mümkündür.

    Digər ekspert Əli Atif isə hesab edir ki, Misirin əsas məqsədi Yaxın Şərqdə sabitliyi möhkəmləndirmək, nüvə silahlanması yarışının qarşısını almaq və İranla MAQATE arasında münasibətləri normallaşdırmaqdır. Onun fikrincə, Misirin diplomatik çəkisi və geosiyasi mövqeyi bu istiqamətdə mühüm rol oynayır. İran tərəfinin dialoqa açıq olması isə iki ölkə arasındakı münasibətlərin son dövrlərdə yaxşılaşmasının nəticəsidir.

    İyunda İsrail–İran qarşıdurması zamanı Misir prezidenti Əbdülfəttah əs-Sisi iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında İsrailin eskalasiyasını Yaxın Şərq üçün təhlükə adlandıraraq dərhal atəşkəs çağırışı etmişdi.

    Əraqçi Qahirədə Qrossi ilə görüşündə əməkdaşlığın yeni çərçivəsini müzakirə edib. İran tərəfi iyulda Agentliklə əməkdaşlığı dayandırmışdı. İran XİN sözçüsü İsmayıl Bəqai bu addımı yeni mexanizmin yekun mətni üzərində işləmək üçün atılmış müvəqqəti addım kimi izah edib. Əraqçi isə Tehranın hazırda əməkdaşlığın yeni çərçivəsini hazırladığını vurğulayıb.

    Avqustun sonunda Avropa üçlüyü (Almaniya, Fransa və Böyük Britaniya) “Snapback” mexanizmini işə salaraq BMT sanksiyalarını bərpa etməklə hədələyib və İrana 30 günlük möhlət verib. Qərb ölkələri Tehranın nüvə silahı istehsal etmək niyyətində olduğunu iddia edir. Lakin İran bunu qətiyyətlə rədd edir və proqramın yalnız mülki məqsədlərə xidmət etdiyini bildirir. MAQATE isə xəbərdarlıq edib ki, İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatı 90 faizə yüksələcəyi təqdirdə, bu, təxminən on nüvə bombası istehsalına kifayət edə bilər.

    Ekspert Məhəmməd Abbas Naci qeyd edir ki, Misir Avropanın dəstəyi ilə həm İran, həm də Agentlik tərəfindən qəbul olunan vasitəçi rolunu oynayır. Bu da iyun ayında İsrail–İran gərginliyindən sonra danışıqlarda əldə edilən irəliləyişin əsas səbəblərindən biridir. Əli Atif isə prosesləri regional və beynəlxalq diplomatik təşəbbüslərlə paralel aparılan aydın vasitəçilik mexanizmi kimi qiymətləndirir və hesab edir ki, Misir İranla MAQATE arasında qarşılıqlı etimadı bərpa edən qaneedici razılaşmaya nail ola bilər.

    #İran #Misir #MAQATE #AEBA #İran XİN #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #nüvə proqramı #Bədr Əbdül Ati #Uran zənginləşdirilməsi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #Rafael Qrossi #İranın nüvə proqramı #Səməd Əyyubov #İsmayıl Bəqai #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #Stiven Uitkoff #MAQATE-nin tənqidləri #İran-MAQATE münasibətləri #Təmmim Xilaf #Seyid Abbas Əraqçi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranda etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub

    4 Yanvar 2026 20:47

    İran Azərbaycanla müxtəlif sahələrdə məsləhətləşmələrin genişləndirilməsinə maraq göstərir

    4 Yanvar 2026 15:33

    İran–Pakistan sərhədində silahlı toqquşma baş verib

    3 Yanvar 2026 11:33

    Hər cür hücuma cavab sürətli və genişmiqyaslı olacaq - İran

    3 Yanvar 2026 09:25

    Ancelina Coli "Rəfah" keçid məntəqəsini ziyarət edib

    2 Yanvar 2026 22:03

    Trampdan İrana sərt bəyənat - Silahlarımız hazırdır, İran dinc etirazçılara zor tətbiq edərsə, müdaxilə ediləcək

    2 Yanvar 2026 12:30

    İran etirazlar zamanı “Bəsic” üzvünün öldüyünü açıqlayıb

    1 Yanvar 2026 16:22

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    1 Yanvar 2026 13:34

    İran, Kanadanın krallıq donanmasını terror təşkilatı olaraq təyin edib

    30 Dekabr 2025 18:09

    Pul-kredit və bank sisteminin islahı üçün tədbirlər görəcəyik - Pezeşkian

    30 Dekabr 2025 09:51

    İran ABŞ-la danışıqların yalnız rəsmi kanallarla aparılacağını bildirdi

    29 Dekabr 2025 16:57

    İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    29 Dekabr 2025 09:58
    Demo
    XƏBƏR LENTİ

    Yeni pullar Suriyanın maliyyə gələcəyinə necə təsir edəcək?

    Bu gün Pol Pot Kambocanın adını Kampuçiya olaraq dəyişdi

    Tarixdə bu gün – 5 yanvar

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır

    Altı milyon əhali, on səkkiz fərqli məzhəb – Bura Livandır

    "Real Madrid" böyükhesablı qələbə ilə sevinib

    "Sabah" legioner İqor Noqeyranı komandada saxlamaq istəyir

    Salman Kanalı: Hörmüzdən kənar geoiqtisadi inqilab

    İranda etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.