BAKI,AzerVoice
Şimali Koreya lideri Kim Jong-un Çinlə sərhəddə yerləşən Sinuiju şəhərində istixana (şüşə konstruksiyalı aqrar obyekt) tikinti sahəsinə baxış keçirib.
AzerVoice xəbər verir ki, Şimali Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Kim Çen In yeni ilin əvvəlində tikintidə çalışan gəncləri və əmək kollektivlərini təşviq edib.
Məlumata əsasən, son həftələr ərzində Şimali Koreya lideri ölkədə bir sıra hərbi və iqtisadi obyektlərə səfərlər edib. Bu səfərlər 2026-cı ilin əvvəlində keçirilməsi planlaşdırılan və ölkənin əsas siyasi prioritetlərini müəyyən edəcək Koreya Fəhlə Partiyasının IX qurultayı ərəfəsində həyata keçirilir.
Kim Çen In bildirib ki, yeni ilin ilk günlərini ölkənin şimal-qərb bölgəsində çalışanlarla birlikdə keçirmək istəyib və mərkəzi tədbirlər başa çatan kimi səfərə yollanıb.
Qeyd edək ki, istixana kompleksi Çin sərhədinin qarşı tərəfində yerləşən Dandunq şəhəri ilə üzbəüz ərazidə yerləşir və 2024-cü ildə baş verən daşqınlar nəticəsində zərər görüb.