Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Slovakiyanın İnvestisiya və Ticarət Agentliyi Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərin açıqlayıb

    8 Dekabr 2025 19:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları, enerji, müdafiə, maşınqayırma eləcə də, digər innovativ və elmi-tədqiqat sahələrində əməkdaşlıq üçün artan potensial görür.

    Bu barədə AzerVoice-un sorğusuna cavab olaraq SARIO-dan bildirilib.

    “Slovakiya şirkətləri uzunmüddətli tərəfdaşlığa, texnologiyalara əsaslanan layihələrə və hər iki ölkənin davamlı iqtisadi inkişafına töhfə verə biləcək birgə müəssisələrin yaradılmasına getdikcə daha çox maraq göstərirlər”, – deyə agentlikdən vurğulayıblar.

    SARIO biznes təşəbbüsləri və institusional əməkdaşlıq vasitəsilə Azərbaycanla aktiv qarşılıqlı fəaliyyəti davam etdirir.

    “Keçən il ərzində üç əsas təşəbbüs həyata keçirmişik: Slovakiya Respublikasının Baş naziri müşayiətində işgüzar missiya, Hökumətlərarası Görüş çərçivəsində ixtisaslaşmış biznes nümayəndə heyəti və – Slovakiya Respublikasının səfirliyi ilə əməkdaşlıq çərçivəsində "ADEX 2024" sərgisində Slovakiya milli stendinin təşkili. Bu tədbirlər, xüsusilə texnologiya və yüksək əlavə dəyər sahələrində fəaliyyət göstərən Slovakiya şirkətlərinin Azərbaycan bazarına çıxışı və ya mövcud mövqelərinin genişləndirilməsi üçün dəstək məqsədi daşıyır.

    Biz ilk növbədə diqqətimizi informasiya-kommunikasiya texnologiyaları, müdafiə, maşınqayırma və enerji sahələrində fəaliyyət göstərən Slovakiya şirkətlərinə yönəltmişik. Bu sahələr qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensiala malikdir və SARIO bu sektorlardan olan şirkətləri Azərbaycanda iş imkanlarını araşdırmağa fəal təşviq edir”, – agentlikdə bildirilib.

    Dövlət agentliyi olaraq SARIO Slovakiya kiçik və orta biznesinə dəstək olur, habelə investorlar üçün biznes missiyaları, iri beynəlxalq sərgilərdə milli stendlər və bazara çıxış üzrə məsləhət xidmətlərini təmin edir.

    “Bizim məqsədimiz Azərbaycan tərəfdaşları ilə birbaşa təmaslar qurmaq və Slovakiya şirkətlərinə bazar şəraiti, imkanlar və əməkdaşlıq modellərini daha yaxşı başa düşməyə kömək etməkdir. Son işgüzar missiyalar zamanı Slovakiya və Azərbaycan şirkətləri bir sıra konstruktiv danışıqlar aparıb və əməkdaşlıq imkanlarını öyrəniblər”, – deyə agentlikdən qeyd olunub.

    SARIO növbəti Slovakiya-Azərbaycan Hökumətlərarası Görüşünün 2026-cı ildə keçiriləcəyini gözləyir.

    #enerji #ADEX 2024 #Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) #informasiya-kommunikasiya texnologiyaları #müdafiə #maşınqayırma #innovativ #elmi-tədqiqat sahələri #Slovakiya şirkətləri #kiçik və orta biznes #Slovakiya-Azərbaycan Hökumətlərarası Görüş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hizbullah gələcək müharibəyə necə hazırlaşır? İrandan Hizbullaha 1 milyard dollarlıq dəstək - Təşkilatın 2026-cı il planları üzə çıxdı

    28 Yanvar 2026 10:08

    Enerji səmərəliliyi siyasətinə uyğun olaraq Azərbaycanda LED lampaların istifadəsi genişlənir

    5 Yanvar 2026 12:10

    Azərbaycanın enerji layihələri bir çox ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verib - Nazir

    26 Dekabr 2025 16:02

    Avropaya təmiz enerji çatdıra bilərik - Muxtar Babayev

    30 Sentyabr 2025 10:03

    Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

    22 Sentyabr 2025 09:40

    Türkiyə ilə mədəni əlaqələrimiz xüsusi əhəmiyyətə malikdir - İran naziri

    26 Avqust 2025 16:43

    İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel təşkil edib

    19 Avqust 2025 22:06

    İraqın bir sıra bölgələrində elektrik kəsintisi baş verib

    11 Avqust 2025 19:01

    Türkiyədə Əbdülhəmid Han qazma gəmisi fəaliyyətə başlayır

    8 Avqust 2025 12:49

    Qazaxıstan Slovakiyaya Uran İxrac Edəcək

    16 İyul 2025 11:28

    TPAO Macarıstanda qaz axtarışına başlayır

    30 Aprel 2025 15:00

    İspaniyada kütləvi elektrik kəsintisi nəticəsində azı beş nəfər ölüb

    29 Aprel 2025 18:30
    Demo
    XƏBƏR LENTİ

    ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

    Keçən il Türkiyədən İrana mebel ixracı 283 milyon dolları keçib (ÖZƏL)

    Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək - Netanyahu

    Ombudsmana yeni səlahiyyət veriləcək

    Vyetnamdan Rusiyaya uçan təyyarə məcburi eniş edib

    Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    Mədəniləşin ey möminlər

    Bakı və Türkmənbaşı limanları Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

    Trampın neft planı təhlükədə: Karakas Rusiya və Çinlə əlaqələri kəsməkdən imtina edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.