BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin avqust ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 8 milyon 301 min 159 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 4 milyon 897 min 151 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 3 milyon 404 min 8 nəfər təşkil edib.
2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 90 min 66 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 54 min 681 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 35 min 385 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 3 faiz artaraq,67 min 303 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 48 min 938, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 18 min 365 olub.
2025-ci ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 162 milyon 530 min 684 nəfər, yük daşınması isə 3 milyon 346 min 622 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.