Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Heydər Əliyev Fondu Vatikanın Bambino Gesu xəstəxanası ilə anlaşma memorandumu imzalayıb

    10 Sentyabr 2025 13:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

    AzerVoice xəbər verir ki, imzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Bambino Gesu xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

    Anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların Bambino Gesu ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

    1869-cu ildə əsası qoyulan Bambino Gesu xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.

    Heydər Əliyev Fondu Vatikanın Bambino Gesu xəstəxanası ilə anlaşma memorandumu imzalayıb
    Heydər Əliyev Fondu Vatikanın Bambino Gesu xəstəxanası ilə anlaşma memorandumu imzalayıb
    Heydər Əliyev Fondu Vatikanın Bambino Gesu xəstəxanası ilə anlaşma memorandumu imzalayıb
    #Azərbaycan #Heydər Əliyev Fondu #Anar Ələkbərov #Səhiyyə Nazirliyi #memorandum #Vatikan #Bambino #Azərbaycan Respublikası Prezidentinin köməkçisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    10 Fevral 2026 09:10

    Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi

    9 Fevral 2026 17:48

    Yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    9 Fevral 2026 17:41

    Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

    9 Fevral 2026 17:09

    ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində dəyirmi masa keçirilib

    9 Fevral 2026 16:32

    Azərbaycan vətəndaş cəmiyyəti ABŞ vitse-prezidentinə açıq məktub ünvanlayıb

    9 Fevral 2026 16:23

    AQC əməyin qiymətləndirilməsi üzrə yeni istiqamətin tətbiqini gündəmə gətirir

    9 Fevral 2026 16:17

    Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

    9 Fevral 2026 16:04

    Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

    9 Fevral 2026 15:50

    Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır

    9 Fevral 2026 15:16

    Naxçıvana yeni Baş nazir təyin olunub

    9 Fevral 2026 14:52

    “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb

    9 Fevral 2026 12:58
    Demo
    XƏBƏR LENTİ

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    Yanvar ayı statistikası: Türkiyədən Qazaxıstana sement satışı ikiqat artdı

    Qalatasarayın əfsanə futbolçusu Candemir Berkman vəfat edib

    ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində enerji əməkdaşlığı müzakirə edilib

    İslamabadda məscidə hücum: Ölənlərin sayı 38-ə yüksəldi

    Türkiyədə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat həyata keçirilib

    XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.